Səhərlər özünü göstərir: Mədə xərçənginin 5 erkən əlaməti
20:56 24.06.2025
Sağlamlıq
496
Mədə xərçənginin erkən mərhələdə aşkar olunması çətin olsa da, səhərlər ortaya çıxan bəzi əlamətlər bu xəstəliyin xəbərçisi ola bilər.
"Şərq" xəbər verir ki, həkimlər, xüsusilə ailəsində onkoloji xəstəlik olan şəxsləri diqqətli olmağa çağırır.
Araşdırmalara əsasən, səhərlər üst qarında daimi ağrı və yanma hissi mədə xərçənginin ilk əlamətləri arasında yer alır. Bu ağrılar bəzən adi həzm pozğunluğu ilə qarışdırılsa da, adi dərmanlarla keçmədiyi bildirilir.
İkinci əsas əlamət səhərlər davamlı ürəkbulanma və qusmadır. Bu, şişin mədə fəaliyyətini pozması ilə bağlı ola bilər. Qusuntu zamanı qan və ya qəhvə teləsi kimi qalıqlar müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.
Üçüncü əlamət isə iştahsızlıq və erkən doymadır. Xəstələr az miqdarda qida qəbul etdikdən sonra toxluq hissi yaşadıqlarını və bunun arıqlama ilə müşayiət olunduğunu bildirirlər.
Dördüncü əlamət ani və səbəbsiz çəki itkisi, səhər yorğunluğu ilə bağlıdır. Xəstələr pəhriz saxlamadan arıqladıqlarını və enerjisizlik hiss etdiklərini qeyd edirlər.
Sonuncu vacib əlamət nəcisdə qan və ya qara rəngli nəcisin görülməsidir. Mütəxəssislər bildirirlər ki, bu, daxili qanaxmaya işarə edə bilər və gecikmədən tibbi yardım alınmalıdır.
Həkimlər xəbərdarlıq edir ki, bu simptomlar başqa xəstəliklərlə də bağlı ola bilər, lakin davamlı və səbəbsiz şəkildə təkrarlanırsa, vaxt itirmədən müayinə olunmaq vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol