Çavuşoğlu haqlıdır
Yusif Nəzərli
03:40 26.02.2022
Aktual
671
Türkiyə münaqişə tərəfi olmadığı üçün boğazları bağlaya bilər, amma...
"Eyni zamanda rus donanmasının boğazdan keçərək geri qayıtmasına mane ola bilməz"
Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya bilər. Amma Rusiya bu boğazlardan öz donanmasının bazaya qayıtması üçün istifadə etmək hüququna malik olacaq. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazirin sözlərinə görə, Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı Ankaraya rəsmi müraciət edib: “Montre Konvensiyasının müddəaları çox aydındır. Bugünədək Türkiyə konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Türkiyənin tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər görülə bilər. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdıra bilər. Amma Montre Konvensiyası həm də müharibə iştirakçısı olan ölkələrin donanmasının bazaya qayıtmasına icazə verir”. Çavuşoğlu əlavə edib ki, hazırda türkiyəli mütəxəssislər bu məsələni təhlil edir və rəsmi qərar qəbul edildikdən sonra bu proses başlana bilər.
Türkiyənin Ukrayna-Rusiya müharibəsində tutduğu mövqeni “Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, 1936-cı ildə imzalanmış Montre sazişinin 9-cu maddəsinə görə, münaqişə tərəflərindən biri boğazlarla bağlı müraciət etmə haqqına sahibdir. Artıq Ukrayna öz xəbərdarlığını edib. Amma sazişin 12-ci maddəsində göstərilir ki, boğazların bağlanması ilə bağlı qərarı Türkiyə verə bilər:
“Çavuşoğlu haqlı olaraq bildirir ki, Türkiyə burada münaqişə tərəfi olmadığı üçün boğazları bağlaya bilər. Amma eyni zamanda rus donanmasının boğazdan keçərək geri qayıtmasına mane ola bilməz. Əslində Ankara qadağa qoysa, boğazları bağlasa belə rus hərbi gəmilərinin Qara dənizdə olmasına o qədər də ehtiyac yoxdur. Rusiya istədiyi vaxt kiçik və orta tonajlı hərbi gəmiləri Volqa-Don kanalı vasitəsi ilə ötürə bilər. Azov dənizində də rus gəmiləri var. Görünür, Ukrayna əlacsız qaldığı üçün Ankaradan belə bir tələb edib. Ukrayna rəhbərliyi düzgün siyasət yürütməyi bacarmadı, vaxtında ölçü götürmədi. Zelenski yanlış addımlarla Rusiyanın əl-qolunu açdı. Ərazisi işğala məruz qalmış Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması da Kiyev üçün böyük zərbədir. İndi Ukrayna meydanda tək qalıb. Kiyev bilməliydi ki, ABŞ və Avropa öz maraqlarına uyğun davranacaq. Gürcüstan nümunəsi Ukrayna rəhbərliyi üçün dərs olmalıydı. Zelenski real siyasi səhnəni rol aldığı filmlərlə qarışdırdı. Siyasət uzunmənzilli düşüncə tələb edir. İndiki məqamda Türkiyə düşünmədən, özü də mənasız yerə öz maraqlarını qurban verməməlidir. Ankara üçün Moskva ilə əməkdaşlıq çox önəmlidir. Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, amma indiyədək Avropa Birliyinə üzv ola bilməyib. Necə olur ki, Bolqarıstan, Rumıniya, Sloveniya kimi ölkələri quruma üzv qəbul etdilər, ancaq güclü Türkiyəni yaxına buraxmırlar?! Ankara bunları yaddan çıxartmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə