Azərbaycanda yol polisi və sürücü qaydaları pozdu
11:06 13.02.2020
Aktual
538
Azərbaycanda yol-patrul xidmətinin əməkdaşlarının və sürücünün qaydaları kobud şəkildə pozmasının görüntüləri sosial şəbəkədə yayımlanıb. Oxu.Az xəbər verir ki, videoda sutkanın qaranlıq vaxtında yol polisi əməkdaşlarının yük avtomobilini saxlaması əks olunub.
“Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə qanunda göstərilib ki, yol polisi sutkanın qaranlıq vaxtında nəqliyyat vasitəsinin dayandırılması məqsədilə yolun işıqlı sahəsini seçməli, bu mümkün olmadığı halda patrul nəqliyyatının xarici işıq siqnallarından istifadə etməklə yanaşı, qırmızı və ya göy sayrışan işıq siqnalını işlək vəziyyətdə saxlamalıdır. Yol-patrul xidmətinin əməkdaşları bu qanuna riayət etsələr də, hərəkətin digər iştirakçılarını nəzərə almayıblar.
Belə ki, yol polisi avtomobili və yük maşını üfüqi nişanlama xətti olan yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat iştirakçılarının hərəkətinə birbaşa mane olub.
Digər tərəfdən, videodan görünür ki, yük avtomobilinin sürücüsü yol polisinin saxlama tələbindən sonra maşını tərk edib və YPX avtomobilində əyləşmiş polis əməkdaşları ilə söhbət edib. Bu da qanun pozuntusudur.
Sürücü nasazlığı aradan qaldırmaq üçün, içkili olması şübhələri varsa, sürücünün iştirakı ilə qeydiyyat nişanı və məlumatların tutuşdurulması lazım olduqda, şəxsə və ya avtomobilə baxış keçirilən zaman, digər hərəkət iştirakçılarına kömək məqsədi və ya digər porsessual iştirak vacib olarsa və inspektorun həyatına təhlükə yaranarsa, avtomobili tərk etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə