Baş Polis İdarəsi 16 fevral mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
16:39 14.02.2020
Aktual
569
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) fevralın 16-da keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarına - Müsavat başqanının müavini Fərəc Kərimli, D 18 təşkilatının rəhbəri Ruslan İzzətli və deputatlığa namizəd Günel Səfərliyə xəbərdarlıq edib.
Fərəc Kərimli APA-ya açıqlamasında bildirib ki, bu gün onlar BŞBPİ-yə dəvət olunaraq, BŞBPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı ilə görüşüblər. Görüşdə onlara xəbərdarlıq olunub ki, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanda - saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında deyil, fərqli məkanda keçirilməsinə cəhd olsa, aksiyanın qarşısı alınacaq.
Qeyd edək ki, bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib. BŞİH mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edib.
Bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində “28 May” metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.
BŞİH-nın fevralın 12-də mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilmişdi.
Bundan sonra təşkilatçılar fevralın 13-də yenidən BŞİH-nə müraciət etmişdi.
Nəzərdə tutulan mitinqlə əlaqədar təşkilatçılar bu gün saat 17.00-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou