Bu seçki dairələrinin hesabatı “natamamdır”

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar üç seçki məntəqəsi hesabat verməyib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən “dairələr üzrə lider namizədlər” cədvəlində göstərilir.

Həmin məntəqələrdən ikisi 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinə aiddir. 123 saylı Kəlbəcər Seçki Dairəsinin bir seçki məntəqəsi də hesabat verməyib.

Qeyd edək ki, parlamentə növbədənkənar seçkilər 125 seçki dairəsi üzrə 5 min 573 məntəqədə keçirilib.

Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Xatırladaq ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.