Çindən Ankaraya təxliyyə edilən azərbaycanlılar Bakıya yola salındı
11:17 15.02.2020
Aktual
463
Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları fevralın 15-də həmin xəstəxananı tərk ediblər.
AZƏRTAC xəbər verir ki, təxliyyə olunan vətəndaşlarımız xəstəxananı tərk edəndən sonra Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsini ziyarət ediblər.
Ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları Ankarada fəaliyyət göstərən Buta Bakı Azərbaycan Tanıtma Evində həmvətənlərimizlə görüşüblər.
Görüşdə Çindən qayıdan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər.
Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.
Çindən təxliyyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.
Qeyd edək ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə