
Qaçanlar... - Səməd Seyidov yazır
1914-1918-ci illərdəki Birinci Dünya Müharibəsi Osmanlı, Avstriya-Macarıstan, Rusiya kimi ən güclü imperiyaların süqutu, Britaniya imperiyasının isə parçalanma prosesinin başlaması ilə nəticələndi. Bütün dünyada xaos və qanunsuzluq getdikcə daha çox vüsət alarkən, bəşəriyyəti hələ bir neçə onillik sonra faşizmin dəhşətləri ilə üz-üzə qalmaq gözləyirdi. Bu hadisələr, təbii olaraq, bizim regionumuzdan da yan keçmədi. Burada Osmanlı İmperiyası Mərkəzi Güclərlə birgə Rus-İngilis-Fransız ittifaqı ilə mübarizə aparırdı. Müharibə yeni ərazilər əldə etməkdən daha çox mövcud olmaq, yaşamaq, öz dövlətçiliyinə, müstəqilliyinə, suverenliyinə sahib olmaq hüququ uğrunda aparılırdı. İmperiyalar bir-biri ilə vuruşarkən, xalqlar və millətlər arasında həmin prosesləri qızışdırır, onların müstəqillik, dövlətçilik uğrunda mübarizəsi isə öz növbəsində imperiyaları məhv edirdi.
XX əsrin əvvəllərindəki həmin dövrdə Qafqazda qanlı döyüşlərin getdiyi bir vaxtda ermənilərin bu günə qədər davam edən növbəti qaçış hekayəsi başladı. Məhz E. Frommun təsvir etdiyi qaçış, yəni məzhəbçiliyə, özünün müstəsnalıq ideyasına, ondan isə faşizmə və insanlığa nifrətə, yalançı təbliğat və uydurma şüarlara, əbədi qorxu və ifrat təcavüzə səbəb olan qaçış.Başqasının deyil yalnız öz əlləri ilə qurulması labüd və mümkün olan öz taleyi və gələcəyi ilə bağlı məsuliyyətdən qaçış.Bu, eyni zamanda, reallıqdan qaçış və saxta təxəyyülün, tarixən iflasa uğramış ideyaların bir növ illüziya dünyasında yaşamaq istəyi idi.
Bu, Osmanlı imperiyasının artıq dağıldığı bir vaxtda baş verdi. Ermənilər əsrlər boyu yaşadıqları dövlətin tarixinin bu cür faciəli və kritik dönəmində onunla müharibə aparan Rusiya imperiyasının qucağına atılaraq, özlərini Osmanlı Türkiyəsinin dağıdılmasının alətlərindən birinə çevirdilər.
Daha çox xəyanətə bənzəyən bu qaçış, erməniləri bu günə qədər təqib edən ölümcül səhvləri oldu və onların dərin travmatik kompleksinə çevrildi. Erməni arxetipinin müəyyənedici məqamına çevrilən bu amil onları öz qaçışlarına milyonlarla insanın qanını, iztirabını, soyqırımını, türklərin “vəhşiliklərini”, bir sözlə, onların haqlılığını “sübut edəcək” hər şeyi yamayaraq, bu qaçışı şüuraltı baxımdan əsaslandırmağa vadar etdi. Əslində, hadisələr təkcə ermənilər üçün deyil, həm də türklər və müharibənin dəhşətinə düçar olmuş bütün xalqlar üçün qanlı, iztirablı idi. Bu hadisələrin fetişləşdirilməsi və əsassız olaraq tarixdə “misli görünməmiş” “soyqırımı” səviyyəsinə çatdırılması ermənilərin Osmanlı Türkiyəsi ilə çoxəsrlik əlaqələrini özlərinindarmadağın etməsinin təzahürüdür.Heç də təsadüfi deyil ki, bu məsələ ilə bağlı çoxsaylı araşdırmalar erməni siyasi “elitasının” (xüsusi ilə də daşnakların) bu məsələdə oynadığı dağıdıcı rolu əyani şəkildə nümayiş etdirir.

Bu və ya digər şəkildə ermənilərRusiya imperiyasında, sonra isə Sovet İttifaqında peyda olaraq, hər bir xalqın arzuladığı - dövlətçiliyi əldə etdilər. Əslində, "vəd edilmiş torpağı" Rusiya, sonra isə SSRİ vasitəsilə əldə etməklə onların aqibəti öz həllini tapmalı idi. Lakin reallıqlardan “qaçmağa” başlayan ermənilərin qarşısını almaq daha mümkün deyildi. Köç edən böyük insan axını ilə onlar dövlətçiliyi və sərhədləri, suverenliyi və müstəqilliyi olmayan, lakin bir-biri ilə özünü qurban göstərmə kompleksi və qisas ideyaları ilə bağlı olan başqa, onlar üçün daha cəlbedici virtual Ermənistan yaradaraq, həm regionun yaxın ölkələrində, həm də Avropada, ABŞ-da, Latın Amerikasında məskunlaşırdılar. Rus İmperiyasının, bizim və daha sonra Sovetlərin onlara hədiyə etdiyi hər bir xalqın arzusu olan dövlətçilik onları yalnız digər dövlətlər və xalqların daxilinə sızmaq üçün alət kimi maraqlandırırdı. Ermənistan getdikcə daha çox əsl mənada müstəqil dövlətə deyil, erməniçiliyin koordinasiya mərkəzinə çevrilirdi. Başqa sözlə, onların mentallığı, “Böyük Müharibə”nin arxetipik travmaları bütün dünya xalqlarının hər zaman can atdığı müstəqil dövlət konsepsiyasını deyil, daha güclü və nüfuzlu olanların hesabına yaşayan və inkişaf edən bir növ asılı, özünəməxsus şəkildə “parazit” dövlət anlayışını yaratdı.
Onlar müstəqil yaşaya bilmirdilər. Yaşadıqları dövlətin zəifləməyə və dağılmağa başladığını hamıdan əvvəl hiss etmək üçün hakim elitanın içinə müdaxilə edərək üzərində parazitləşib inkişaf edə biləcəkləri “bədənə” ehtiyacları var idi. Belə olduğu halda “daşıyıcı bədənin” dağılma səviyyəsi kritik həddə çatdıqda onlar daha güclü və perspektivli “bədənlərə” keçərək qaça biləcəkdilər.
Onlar Osmanlıdan bu cür qaçaraq Rusiya İmperiyasına sığındılar və daha sonra o dağılmağa başlayanda Qafqazda onlara sığınacaq verən rus çarlarının imperiyasını məhv edərək "əsl" bolşevik inqilabçıları oldular. Sovet İttifaqı və bolşeviklər də istisna olmadı. Rusiya imperiyasından kommunist imperiyasına qaçaraq, ən yaxın qonşuları hesabına mövcud olma dairələrini genişləndirərək, ermənilər tamamilə eyni üsullarla ona uyğunlaşdılar. Mərkəzi Sovet hökumətindən hər şeyi əldə edərək, ermənilərin azərbaycanlıları öz tarixi torpaqları olan Zəngəzur, daha sonra Qarabağdan etnik təmizləməyə məruz qoyması, Qafqazda əsrlər boyu formalaşmış mehriban qonşuluq ruhunu məhv etməsi bunun bariz nümunəsidir. Ötən əsrin 80-ci illərinin sonlarında Qarabağda erməni millətçiləri tərəfindən törədilən müharibə buna birbaşa sübutdur. Lakin Sovet İttifaqı artıq zəifləyəndə, Qərb soyuq müharibədə qalib gələndə, Azərbaycanın daxili ziddiyyətlər üzündən parçalanma təhlükəsi yaranandaonlar üçün qaçmaq və yeni “bədənə” keçid anı yetişmişdi. Bu dəfə yeni “bədən” SSRİ-nin dağılmasından sonra yeni yaranan müstəqil Rusiya Federasiyası oldu.
Rusiya Federasiyası ilə “İttifaq” 30 il davam etdi. Ermənilərlə bu ittifaqın indi şahidi olduğumuz sonluğu iki fundamental amillə bağlıdır. Birincisi, təbii ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsi, işğal altında olan bütün ərazilərin azad edilməsi və Ermənistanın kapitulyasiyası, ikincisi isə Rusiyanın Ukraynadakı müharibədə göz qabağında olan uğursuzluğudur. Son 30 ildə Azərbaycan və Rusiyadan demək olar hər şeyi, yəni ən səfalı ərazilərimizin 20%-ni, iqtisadiyyata milyardlarla Rusiya sərmayəsini, pulsuz silahları, texniki, iqtisadi, maliyyə və hərbi təhlükəsizlik infrastrukturunu alan Ermənistan əlindəkiləri itirdi və sahibinin "bədənində" narahatlıq hiss etməyə başladığı an, yenisini axtarmağa başladı...
Lakin yeni “donor” tapmaq cəhdləri bir tərəfdən regiondakı ümumi geosiyasi vəziyyətlə, digər tərəfdən isə ermənilərin regionda qaçmadığı və ya sığınmağa çalışmadığı qonşu dövlətin qalmaması ilə əlaqədar çətinləşdi. Dairə qapandı. Şah Abbasdan Osmanlıya, onlardan ruslara, daha sonra Sovetlərə qaçaraq, onlar vəziyyətdən istifadə edib Azərbaycanın böyük bir hissəsini öz əllərinə keçirtdilər.
Nəhayət, həm Sovet İttifaqına, həm də bizə xəyanət edib, yeni Rusiya Federasiyasınadan yapışaraq, onlara da eyni şəkildə satqınlıq edərək Qərb sivilizasiyasının bir hissəsi olduqlarını bəyan etdilər. Bu "vurnuxmalar" sırasında isə İ.Əliyevin dəmir yumruğu başlarına endikdə yenidən farslara tərəf üz tutaraq onlarla tarixi köklərinin eyni olduğunu və bu səbəbdən Ermənistanın Qərbə tərəf “qaçdığı” dövr ərzində İranın vaxtilə ona xəyanət etmiş “qan qohumlarını” yedirib-içirtməli və qorumalı olduğunu bəyan etdilər.
Bu qaçış onlara regionda normal münasibətlər üçün heç bir şans qoymadı və onları “burada” yaşayıb “orada” olanlara təhkim olunmağa vadar etdi. Paşinyanın Qərb “atışı” eyni anda iki yeni “qidalanma” mənbəyində möhkəmlənməyi nəzərdə tuturdu: aparıcı Qərb dövlətləri daxilində yaradılmış virtual erməni “dövləti” olan diaspora və məhz, Qərb dövlətlərinin özlərinə. Lakin Qərb dövlətlərinin “bədənində” parazitləşən diasporun özü işlərin bu cür cərəyan etməsinə hazır deyildi və dərhal Paşinyanın erməni milli maraqlarına xəyanət etdiyini elan edərək, ondan yaxasını qurtarmağa tələsdi. Təkcə öz “bədənində” erməni “varlığına” öyrəşmiş və hətta bəzi hallarda (məsələn, Fransa) erməni “yenitörəməsini” bir növ özününkü hesab edən Qərb qaldı.
Amma artıq qərb də dəyişərək, getdikcə daha çox anlamağa başladı ki, hər-hansı dövlətə dəstək o zaman müsbət dəyərləndirilə bilər ki, bu dəstək həmin ölkəyə qonşu olan dövlətlər tərəfindən müsbət qarşılansın. Yəni bir ölkəni öz coğrafiyasından “dartıb çıxarmaq” əbəs və mənasızdır... Bu cür qidalanan, xaosa sürüklənən Əfqanıstan, İraq və bir çox başqa dövlətlər bunun əyani sübutudur. Deməli, Qərbin səyləri daha çox Ermənistanı dəstəkləməyə deyil, Ermənistanla qonşu dövlətlər arasında normal münasibətlərin qurulmasına yönələcək.
Bu isə o zaman mümkündür ki, Ermənistan öz tarixində ilk dəfə həqiqətən öz dövlətçiliyi haqqında düşünsün, ekspansionizm, revanşizm və ksenofobiya kimi sərsəm fikirlərdən əl çəksin, öhdəlikləri üçün məsuliyyət götürməyə başlasın, özünə yeni bir himayədar tapmaq ümidi ilə vaxt uzatmağı dayandırsın. Dursun, qaçmasın və yeni himayədarlar axtarmadan, bölgədə çox ehtiyac duyulan sülhə töhfəsini təmin edərək, öz taleyini öz əlinə alsın.
Millət vəkili, professor Səməd Seyidov