Trofimçuk: İrəvanda vəziyyət gülməli hal alır

Ermənistanın Konstitusiya Məhkəməsi ətrafında baş verən hadisələr artıq gülməli hal alır.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Əsas problem odur ki, Baş nazir Nikol Paşinyan hər dəfə yeni hücum hədəfləri axtarır. Bu isə ölkənin normal inkişafına mane olur. 5 aprel Konstitusiya referendumu Paşinyanın istədiyi kimi keçirilsə belə, bu, vətəndaşlar üçün heç bir yüngülləşmə gətirməyəcək”, - deyə o bildirib.