“Azərbaycan tərəfi Türkmənistana təklif etdi ki, neft yatağından birgə istifadə etsinlər və gəlirləri də bərabər bölüşdürsünlər. Aparılan danışıqlar öz nəticəsini verməkdədir”
2018-ci ildə anlaşma baş tutacaq
12:06 04.11.2017
Arxiv
776
Xəzərin statusu ilə bağlı artıq Azərbaycanla Türkmənistan arasında razılıq əldə olunub
“Azərbaycan tərəfi Türkmənistana təklif etdi ki, neft yatağından birgə istifadə etsinlər və gəlirləri də bərabər bölüşdürsünlər. Aparılan danışıqlar öz nəticəsini verməkdədir”
“Azərbaycan tərəfi Türkmənistana təklif etdi ki, neft yatağından birgə istifadə etsinlər və gəlirləri də bərabər bölüşdürsünlər. Aparılan danışıqlar öz nəticəsini verməkdədir”
"Xəzərin hüquqi statusu barədə müqavilə gələn il imzalana bilər”. Bunu Rusiya Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib. O deyib ki, müqavilə Xəzəryanı ölkələrin dövlət başçılarının gələn ilin əvvəlində Astanada keçiriləcək sammitində imzalana bilər.
Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, Xəzərin statusunun müzakirəsi 20 ildir davam etsə də, bu barədə əsas sənəd hələ imzalanmayıb:
"Əgər Xəzərin hüquqi statusu ilə bağlı çoxdan gözlənilən konvensiya imzalanarsa, bu, regionda həm humanitar, həm də iqtisadi əməkdaşlığı aktivləşdirəcək”. Xəzərin statusu ilə bağlı anlaşma dəfələrlə gündəmə gətirilsə də, indiyə qədər reallaşmayıb. Çünki Xəzəryanı dövlətlər - İran və Türkmənistanla razılıq əldə etmək, ortaq dil tapmaq mümkün olmayıb. Abdullatipovun açıqlamasından belə görünür ki, son dövrlər həyata keçirilən üçlü formatlar müstəvisində artıq bu problemi də həll etməyin zamanı çatıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli 2018-ci ildə anlaşmanın baş tutacağına inandığını deyib. Onun sözlərinə görə, artıq Azərbaycanla Türkmənistan arasında razılıq əldə olunub:
"İki ölkə Xəzər dənizinin orta xətt prinsipi ilə bölünməsinə dair anlaşma imzalayıb. İndiyə qədər mübahisə doğuran məsələ Günəşli neft yatağına həm Türkmənistanın, həm də Azərbaycanın iddia etməsi idi. Bu yataq orta xəttin üzərinə düşür. Amma çox hissəsi bizim tərəfdədir. O da məlumdur ki, Günəşli yatağı Azərbaycan geoloqları tərəfindən kəşf edilib və istismara da ölkəmizin vəsaiti hesabına başlayıb. Azərbaycan tərəfi Türkmənistana təklif etdi ki, neft yatağından birgə istifadə etsinlər və gəlirləri də bərabər bölüşdürsünlər. Aparılan danışıqlar öz nəticəsini verməkdədir”. Ekspert bildirib ki, Rusiya prosesə fəal surətdə müdaxilə edir və hər iki dövlət arasında konsensus əldə edilməsinə böyük töhfə verir. Çünki Xəzər bölgüsündə ən böyük pay Moskvaya düşür: "Artıq Türkmənistanla bağlı problem qalmayıb. Lakin indiyə qədər İranı razı salmaq mümkün olmayıb. "Şimal-Cənub” dəmir yol layihəsi barədə əldə edilən razılaşmadan sonra rəsmi Tehran yumşaldı. İran mediasının yazdığına görə, yaxın müddətdə Xəzər dənizi ilə bağlı razılaşma mümkündür. Ümumiyyətlə, Xəzərin statusu ilə bağlı anlaşma dənizətrafı ölkələrin hamısının maraqlarına uyğundur. Çox güman ki, İran da bunu anlayır, ona görə də gələn ilin əvvəlində müqavilə imzalana bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət