"2018-ci ilin birinci rübündə də inkişaf strategiyası davam etdirilib" - Deputat
11:07 09.07.2018
Arxiv
672
"Ölkədə görülən sosial, iqtisadi, siyasi və digər tədbirlərin əsasında Azərbaycan vətəndaşının güzəranının yaxşılaşdırılması durur”.
Bunu "Sherg.az”a millət vəkili Hadi Rəcəbli ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası barədə danışarkən söyləyib.
Onun sözlərinə görə, idarəetmə strukturlarında aparılan islahatlar, sosial, iqtisadi layihələr, görülən işlər hamısı dövlət başçısının Azərbaycan vətəndaşı üçün gördüyü işlərdir:
"2018-ci ilin birinci rübündə də inkişaf strategiyası davam etdirilib. Bütün bunların nəticəsi vətəndaşlarımızın güzəranının yaxşılaşmasında özünü göstərir. Aydın məsələdir ki, Azərbaycanın hazırkı inkişafı 15-20 il əvvəlki çətinlikləri demək olar, tamamilə unutdurub. Enerji problemləri, sosial çətinliklər, insanların narahatlığı artıq aradan qalxıb. Buna görə, bütün sahələrdə inkişaf gözə çarpır.
Sosial siyasət məsələsində də qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2018-ci ilin birinci rübündə müxtəlif addımlar atıldı. Bu siyasətin gerçəkləşmə mexanizminin əsas elementi isə iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Ona görə, ölkə başçısı tərəfindən Azərbaycanın iqtisadi inkişafına yüksək diqqət ayrılır”.
Qeyd edək ki, iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual