3 uşağını atıb başqasına qaçan ana barədə qərar verildi
10:35 06.11.2017
Arxiv
874
8 ay əvvəl küçəyə atılan 3 azyaşlı barədə yeni xəbər var. Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akiflinin Lent.az-a verdiyi məlumata görə, ana Xəyalə Kərimovadan uşaqların qəyyumluq hüququ alınıb.
V. Akifli bildirib ki, uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan uşaqların vəziyyəti isə yaxşıdır.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını atıb və başqası ilə qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları bu dəfə də nənəsi küçəyə atmışdı.
3 azyaşlı polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər. Vasif Akifli bildirmişdi ki, Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV-i ilə birgə aparılan işin nəticəsi olaraq həm nənə, həm də ana sığıncağa dəvət olunub.
Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə, ataya 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri bir dəfə də olsa aliment ödəməyib, nə də gəlib uşaqları ilə maraqlanmayıb.
Ana vaxtilə nənəyə uşaqlarla bağlı etibarnamə verib. Həmin etibarnamə ilə uşaqlar nənənin öhdəliyinə keçib. Sonra ana öz uşaqlarını ataraq şəxsi həyatını yaşamağa gedib. 3 nəvəsini küçəyə atmış nənə öz əməlinə belə haqq qazandırıb ki, guya bu yolla o, öz qızını cəzalandırırmış. Uşaqları qisas məqsədilə çölə atıb. Qızına dəfələrlə evi tərk etməməsini, kiməsə qoşulub qaçmamasını desə də, qızı onu saymayıb. Buna görə də nənə azyaşlı uşaqları çölə atıb.
Vasif Akifli bildirmişdi ki, ana artıq uşaqları özü ilə aparmaq istəsə də uşaqlar ona verilməyəcək. Bunun üçün məhkəmə qərarı olmalıdır.
3 azyaşlı uşaqların atasına gəlincə, o, hələ də axtarışdadır. Gah Bakıda, gah Rusiyada olduğu deyilsə də, aylardır atadan xəbər yoxdur. O nəinki 3 balasına aliment ödəmir, hətta uşaqları ilə ümumiyyətlə, maraqlanmır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual