"62 yaşlı məktəb direktoru şagirdi otağına çağırıb, dodağından öpdü" - Biabırçılıq
10:50 01.11.2017
Arxiv
696
Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib.
"Sherg.az" xəbər verir ki, İstiPress-in Şimal bürosunun əldə etdiyi məlumata görə, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb.
İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.
Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə etdiyimiz məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.
Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.
Əldə olunan məlumata görə, polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır. Bu hadisənin gerçək və ya direktora atılan böhtan olub-olmadığı araşdırmalardan sonra bilinəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi