"ABŞ və Avropada Azərbaycanın bu dəyərləri yüksək qiymətləndirilir" - Asim Mollazadə
14:48 10.07.2018
Arxiv
483
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində, yeni nəqliyyat dəhlizinin yaradılmasında böyük rol oynayır”.
Bunu "Sherg.az”a Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin son 15 ildə görülən işlər barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib.
O vurğulayıb ki, Azərbaycan dünyada anti-terror koalisiyasının ən fəal üzvlərindən biridir:
"Amerika Birləşmiş Ştatları ilə bu sahədə birgə əməkdaşlıq tədbirləri görülür. Əfqanıstanda hazırda silahlı qüvvələrimiz təmsil olunur. Bundan əlavə Azərbaycanın dəyərləri, müxtəlif sivilizasiyaların əməkdaşlıq təcrübəsi dünya üçün çox mühümdür. Son zamanlar həm ABŞ-da, həm də Avropada bu dəyərləri yüksək qiymətləndirirlər.
Azərbaycan gənc ölkədir. Buna baxmayaraq, qısa müddətdə böyük bir yol keçib. Azərbaycanın hazırda inkişafı və bölgədə əməkdaşlıq, stabillik yaratmaq cəhdləri yüksək qiymətləndirlir. Bu istiqamətdə Azərbaycan əməkdaşlığa hər zaman açıqdır. Ən böyük problem isə bölgədə mövcud olan münaqişələrdir. Bu münaqişələri beynəlxalq hüquq çərçivəsində həllini istəyirik. Beynəlxalq təşkilatlar isə təəssüf ki, bu məsələdə acizlik nümayiş etdirlər. Buna görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilməmişik.
Azərbaycanın böyük potensialı var və bunu reallaşdırmaq üçün ölkəmizə stabillik, əmin-amanlıq lazımdır. Azərbaycanın xarici siyasəti də əməkdaşlıq, qarşılıqlı maraqlar üzərində formalaşdığından bölgədə qonşu ölkələrlə və dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı dövlət maraqları əsasında siyasətini qurur. Bu dəyərlərə qiymət verən bütün qüvvələr Azərbaycanı yüksək qiymətləndirməlidir”.
A. Mollazadə onu da əlavə edib ki, hazırda ölkəmizə qarşı informasiya müharibəsi aparılır:
"Ərazilərimizi işğal etmiş, ölkəmizin inkişafından çəkinən qüvvələr informasiya meydanında, beynəlxalq təşkilatlarda da cəbhə açıb. Bu istiqamətdə də biz öz hüquqlarımızı müdafiə etməyi öyrənməliyik. Prezident İlham Əliyevin vurğuladığı mühüm məqam ondan ibarətdir ki, Ermənistana çıxış yolu göstərildi. Hərbi cinayətkarlardan qurtulmuş Ermənistanın şansı yaranıb ki, torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanla və qonşu dövlətlərlə sülh şəraitində münasibətlər qursun. Ermənistan və erməni xalqı yalnız bu addımla özünü xilas edə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyev iclasda çıxışı zamanı Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkə olduğunu diqqətə çatdırıb. Ölkə başçısı vurğulayıb ki, bizim siyasətimiz müstəqillik, inkişaf siyasətidir:
"Bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli inkişaf yolu keçmişdir. Beynəlxalq birlik isə Azərbaycana Azərbaycanda gedən demokratik prosesləri yüksək qiymətləndirilir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region