ABŞ və Çin arasında 100 milyard dollarlıq vergi tələbi - Qarşılıqlı təhdid






Bu gün gecə saatlarında ABŞ 16 milyard dollarlıq Çin malına qadağanedici gömrük tarifi tətbiq edəcək.

"Sherg.az” xəbər verir ki, bu barədə "Lefigro.fr” yazıb. Məlumatda qeyd olunub ki, ötən ay ABŞ Çin məhsullarına 34 milyard dollar dəyərində gömrük vergisi tətbiq edib. Pekin isə bunu proporsianal qaydada ləğv edəcəyinə söz verib.

Bundan başqa yaz aylarından bu yana dünyanın iki nəhəng ölkəsi bir-birinə qarşı ümumilikdə 100 milyard dollarlıq gömrük vergisi tələb edib.

Belə ki, Vaşinqton, min məhsuldan ibarət Çin mallarına ümumilikdə 50 milyard dollar dəyərində 25 faiz qadağanedici gömrük vergisi tətbiq etməlidir.

Qeyd edək ki, Çin, ABŞ-ın yeni əlavə gömrük rüsumu təhdidinə, 60 milyard dollarlıq ABŞ idxalına fərqli gömrük tarifi tətbiq edərək cavab verəcəyini bəyan edib. Çin Ticarət Nazirliyi yeni tariflərin 5 faiz, 10 faiz, 20 faiz və 25 faiz səviyyələrində olacağını açıqlayıb.

Tərcümə etdi: Ayyət ƏHMƏD