"Adnan Oktar işi"ndə yeni təfərrüatlar: 11 yaşlı qızı anası “hədiyyə” edibmiş
06:20 13.07.2018
Arxiv
717
İki gün əvvəl polisin həyata keçirdiyi genişmiqyaslı və qəfil əməliyyatla həbs edilən Türk İslam Camaatının lideri Adnan Oktarla bağlı yeni məlumatlar yayılıb.
Lent.az hurriyet.com.tr-yə istinadən bildirir ki, silahlı qruplaşma, , siyasi casusluq, qanunsuz silah saxlama, insan oğurluğu, azyaşlılara cinsi təcavüzdə təqsirli bilinən Adnan Oktarın çirkin fəaliyyətlərində yaxından iştirak etmiş şəxslərin axtarışı davam edir. Artıq 5 əyalətdə axtarışa verilmiş şəxslərin izinə düşən polis 190 nəfəri "Oktar işi”nə görə saxlayıb.
İstintaq zamanı məlum olub ki, Oktarın "əhli beyt”inə daxil olan qızlar əvvəlcə zorla cinsi istismar edilir, daha sonra hərəmxanaya göndərilirmiş. Burada makiyaj edilib qaşları alındıqdan sonra təkrar olaraq cinsi istismara məhkum olunurlarmış. Adnan Oktar "kediciklərinə” bütün bunların islam adına edildiyini söyləyirmiş.
Bu cür "turnike” sistemi olduqca gizli aparılıb. Bir qadının digərinin başına gələndən xəbəri olmayıb.
Eyni ssenari camaat üzvlüyünə daxil edilmiş qadınlara tətbiq olunub.
Təşkilatın sistem quruluşu isə qadın və kişilər arasında fərqli olub. Qadınların sistemində üç rütbə mərhələsinin olduğu bildirilir: "bacılar”, "imam bacılar”, və "bacı imamları”.
Kişilərdə də oxşar sistem mövcud olub: "qardaşlar”, "imam qardaşlar” və "qardaş imamları”.
Camaat liderinin evinə basqın zamanı ələ keçirilən tabloların, vazların əntiq əşya olub-olmadığı, oğurluq tarixi əşyalar sırasına aid edilib-edilmədiyi də hazırda polis tərəfindən araşdırılır.
Polisin araşdırmasından sonra 35 nəfər hüquq-mühafizə orqanlarına şikayət edərək Adnan Oktar və onun "bacı”ları tərəfindən cinsi istismara təhrik olunduqlarını deyib. Cinsi təcavüzə məruz qalanlardan 15-nin 11-17 yaş aralığında olduğu vurğulanır. Hətta 11 yaşında təcavüzə məruz qalan O.A-nın "mürid” anası tərəfindən Adnan Oktar camaatına cinsi təcavüz üçün "hədiyyə” edildiyi bildirilir.
Polisin yaydığı məlumatda Adnan Oktarın casus fəaliyyətlərinin olduğu, Amerika və İsraillə "işlədiyi” vurğulanır. Hətta camaat lideri tərəfindən Türkiyəyə aid hərbi sirrlərin Amerikaya ötürüldüyü qeyd olunur. Evindən xeyli müasir silah-sursat aşkarlanan camaat liderinin "Rza Zərrab işi”ndə də əli olduğu, maliyyə fırıldaqlığına şərikliyi barədə məlumatlar da yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət