ADU-da yeni formatda ilk dərs keçirilib
13:31 01.11.2017
Arxiv
666
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın rəhbərliyi altında universitetdə təhsilin inkişafı istiqamətində genişmiqyaslı islahatlar və layihələr davam etdirilir.
"Sherg.az" xəbər verir ki, rektorun göstərişinə əsasən universitetin kafedraları arasında əməkdaşlığın genişləndirilməsi və tələbələrin elmi potensialının gücləndirilməsi məqsədi ilə birgə dərslərin keçirilməsinə başlanılıb. İnteraktiv formada keçirilən dərsdə iki lektorun mühazirə deməsi, tələbələrlə mühazirəçilər arasında sərhədin aradan qaldırılması kimi nüanslar dərsə xüsusi maraq qatır, onun keyfiyyətini yüksəldir.
Noyabrın 1-də universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı kafedrası və Fəlsəfə və ictimai elmlər kafedralarının ortaq fəaliyyəti əsasında "Ədəbiyyatda postmodernizm” mövzusunda ilk birgə dərs keçirilib. Dərsdə Azərbaycanşünaslıq ETL-in müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov, adları sadalanan kafedraların əməkdaşları, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 341a, 341b, 341c qrupunun və Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili alan II kurs tələbələri iştirak edib.
Öncə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova "Postmodernizmin Azərbaycan ədəbiyyatında təzahürü” mövzusunda ətraflı məlumat verib. O, bildirib ki, dünya ədəbiyyatında geniş yayılan modernist və postmodernist ədəbi-estetik konsepsiyalar Azərbaycan ədəbiyyatından da yan keçməyib. Sosialist realizminin hakim olduğu dövrlərdə bizim sənətkarlarımız fikri, mətləbi Ezop dilində çatdırmağa çalışıblar. Postmodernizmin Azərbaycan ədəbiyyatında konseptual formada akademik K.Abdullanın əsərlərində özünü göstərdiyini qeyd edən D.Zeynalova ədəbiyyatımızda həmçinin kortəbii postmodernizmin mövcud olduğunu vurğulayıb.
"Postmodernizmin fəlsəfi aspektləri” mövzusunda danışan Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Niyazi Mehdi postmodernizmin fəlsəfəsi, prinsipləri, əsas ideyaları və mədəniyyətdə önəmindən bəhs edib. Qarşılıqlı fikir mübadiləsi əsasında təşkil edilən dərsdə professor mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi