"Ağ" Partiya Prezident seçkilərinə Tural Abbaslı ilə qatılacaq - AÇIQLAMA
13:01 01.11.2017
Arxiv
978
"1989-cu ildən etibarən eyni simalardan yorulmuş siyasi səhnəyə yeni simalar gətirməyə çalışırıq. Bu da asan deyil"
" "Ağ" partiyanın prezidentliyə namizədi müəyyənləşib”.
Bu barədə "Sherg.az”a gənc fəal, sözügedən siyasi təşkilatın rəhbəri Tural Abbaslı bildirib. O qeyd edib ki, ötən il yaradılan partiyanın strukturu, daxili və beynəlxalq əlaqələrin qurulması istiqamətində işlər həyata keçirilib:
"Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən çox partiya var. Bizim təşkilatın isə ilk beşlikdə adı hallanır. Bunu gənc partiya üçün uğur hesab etmək olar. Gələn il prezident seçkilərində partiyanın namizədi mən olacağam. Bununla bağlı mətbuata da məlumatlar verilir.
Siyasi təşkilati məsələlər rakursundan baxanda seçkilər yaxındadır və artıq hazırlıqlar başlanıb. Prezidentliyə namizədin qeydiyyata alınması üçün 45 mindən artıq imza toplanmalıdır. Bu imzaların qeydə alınması, hüquqi prosedura qaydaları, təbliğat- təşviqatın təşkili, cəmiyyətə müraciət üçün hazırlanacaq şüarlar barədə addımlar atılıb”.
Azərbaycandakı siyasi mühit barədə ümumi dəyərləndirmə aparan T.Abbaslı siyasi proseslərin dayandığını vurğulayıb:
"Bir çox partiyalar hətta fəaliyyətsiz duruma düşüb. Zamanında iddialı olan siyasilər demək olar ki, artıq yoxdur. Xüsusilə, gənclərin siyasətə axını minimum səviyyədədir. Bura əlavə maddi durumları da daxil etsək, görərik ki, vəziyyət çətinləşir. Biznesmenlərin partiyalara maddi yardımlar göstərməsinin qarşısı alınır. Bütün bu çatışmazlıqlar fonunda mümkün olanı etməyə çalışırıq.
Azərbaycan reallığı çərçivəsində öz fəaliyyətimizi normal, hətta uğurlu hesab edirəm. Davamının da yaxşı olmasını ümid edirik. 1989-cu ildən etibarən eyni simalardan yorulmuş siyasi səhnəyə yeni simalar gətirməyə çalışırıq. Bu da asan deyil. Çünki cəmiyyət artıq 20 ildir ki, eyni şəxslərin adlarının çəkilməsinə alışıb. Belə mühitdə rəqabət aparmaq çətindir. Lakin hələlik bu sahədə uğurlu olduğumuzu deyə bilərəm”.
Qeyd edək ki, ötən il iyunun 26-da Tural Abbaslının sədri olduğu "Ağ blok”un üzvləri iyirmi üç il əvvəl yaradılan Vahid Azərbaycan Partiyasının tərkibində qurultay keçirərək, onun adını dəyişib, AĞ Partiya qoyublar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi