Sözügedən məsələlərin erməni cəmiyyəti üçün nə yerdə olmasına gəlincə, Z.Oruc vurğulayıb ki,erməni anaların etiraz aksiyası gündəlik tədbirə çevrilib:
Ailənin tək oğlu ön cəbhəyə aparılmasın ? - DEPUTATDAN İZAH
11:53 24.10.2017
Arxiv
845
Zahid Oruc:"Çox hallarda ailələr 1 oğul, 1 qızla kifayətlənirlər. Həmin şəxslərə də bu normalar tətbiq olunarsa, cəbhə xəttinin, müharibənin ağırlığı sanki çoxuşaqlı ailələrin üzərinə düşür"
Sözügedən məsələlərin erməni cəmiyyəti üçün nə yerdə olmasına gəlincə, Z.Oruc vurğulayıb ki,erməni anaların etiraz aksiyası gündəlik tədbirə çevrilib:
"Nəzərə almalıyıq ki, Birinci Qarabağ Müharibəsi hər bir ailənin həyatında ağır izlər qoyub”.
Bunu "Sherg.az”a ailənin tək oğulların ön cəbhədə hərbi xidmət keçməsinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, 1988-1994-cü illərdə davam edən 6 illik müharibədə 20 mindən artıq insanın həyatını itirməsi, elə bu sayda dünyaya gələcək övladlardan məhrum olmaq deməkdir:
"Doğulmayan körpələri də biz şəhid saya bilərik. Qurulan ailələrin sayı ümumiyyətlə, həmin illərdə azaldı və nəticə özünü 21-ci əsrdə göstərdi. 2006-cı ildən başlayaraq çağırışların sayında problemin təzahürləri ilə qarşılaşdıq. Artıq bu dönəmdən sonra oğlan uşaqlarının sayının artmasını, demoqrafik irəliləyişi müşahidə edirik.
Tək övladı və ya tək oğulu olan ailələrin vəziyyətinə gəlincə isə həqiqətən, onların həyatını məhv edən ilk növbədə belə qanlı savaşlardır. Ancaq Azərbaycan Silahlı qüvvələri bu problemi nəzərə alaraq, ailənin tək övladı olan gənclərin daha ikinci, üçüncü dərəcəli cəbhədə xidmət etməsini təmin etdi. Xüsusilə, ötən illərdə bu əsgərlərin ön cəbhədə xidmət etmədiyini görmüşük. Media tərəfindən gündəmə gətirilir ki, bu, bir oğlan olan ailələrin hər birinə tətbiq edilsin. Çünki qız övladları başqası ilə ailə qurur, genetikası dəyişir, ata-ananın varlığını daşıyan əsasən oğul övladıdır.
Lakin bu məsələni dərin təhlil etdikdə qarşımıza fərqli mənzərə çıxır. Müasir tibbi texnologiyalar sayəsində valideynlər doğulacaq körpənin cinsiyyətini əvvəldən bilirlər. Bu isə qəribə disbalans yaradır. Çox hallarda ailələr 1 oğul, 1 qızla kifayətlənirlər. Həmin şəxslərə də bu normalar tətbiq olunarsa, cəbhə xəttinin, müharibənin ağırlığı sanki çoxuşaqlı ailələrin üzərinə düşür. Bu, sadəcə hüquqi cəhətdən ayrıseçkilik yaratmır, həm də psixoloji olaraq təsir edir. Müxtəlif sosial çətinliklərlə ailələr 4-5 övladı böyüdür, yetişdirir. Bütün bu sıxıntılardan sonra isə vətənin qorunması ağırlığını öz üzərlərinə götürməli olurlar.
Azərbaycan dövlətinin hər bir ailənin qorunmasını təmin etməyə çalışır. Bu məqsədlə qarşıdakı dövrdə kontrakt ordusu modelində hərbi xidməti təşviq edən siyasət yürüdülməkdədir”.
Sözügedən məsələlərin erməni cəmiyyəti üçün nə yerdə olmasına gəlincə, Z.Oruc vurğulayıb ki,erməni anaların etiraz aksiyası gündəlik tədbirə çevrilib:"Görürlər ki, Qarabağ müharibəsi onların balalarını "udur”. Bu cəhətdən onsuz da demoqrafik ölüm keçirən, sayı artmayan və analar tərəfindən hələ bətnlərində qətl edilən bir cəmiyyətdə bu yaşantı daha təhlükəli vəziyyətdədir. Vigen Sarkisyanın müdafiə naziri olmasından sonra cəbhə bölgəsində həyatını itirən şəxslərin ailələrinə 20 min dollar vəsait verilməsi gündəmə gəldi. Bununla bağlı da vətəndaşlarından 1000 dram məbləğində əlavə vergi yığılır. Bu şəraitdə onlar insan resursunun məhdudluğunu gizlətməyə çalışırlar.
Ona görə, Azərbaycan cəmiyyətində yaranan sualları müqayisəli şəkildə təhlil etməliyik. Dövlətimizin, millətimizin təhlükəsizliyi və mənafeyi baxımından dəyərləndirib, ona uyğun qərar verməliyik”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya