Vəkil: "Alimentin ödənilməsinə məcbur edəcək mexanizm hələ də yoxdur. Vətəndaş faktiki işləyir, amma əmək müqaviləsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyata alınmadıqlarından aliment ödənməsindən boyun qaçıra b
Aliment ödəməyən ana...
09:00 29.11.2018
Arxiv
535
Qəribə gəlməsin, belə valideynlər də var
Vəkil: "Alimentin ödənilməsinə məcbur edəcək mexanizm hələ də yoxdur. Vətəndaş faktiki işləyir, amma əmək müqaviləsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyata alınmadıqlarından aliment ödənməsindən boyun qaçıra b
Vəkil: "Alimentin ödənilməsinə məcbur edəcək mexanizm hələ də yoxdur. Vətəndaş faktiki işləyir, amma əmək müqaviləsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyata alınmadıqlarından aliment ödənməsindən boyun qaçıra b
Aliment ödəməkdən boyun qaçırdığına görə bu dəfə ata yox, ana həbs edilib. Bu barədə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat yayıb. Sədr müavini bildirib ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Niftəliyeva Samirə Nazim qızı ilə keçmiş həyat yoldaşı arasındakı rəsmi nikah 3 il əvvəl pozulub. İki övlad isə Xəzər Rayon Məhkəməsinin qərarı ilə atanın himayəsinə verilib. Məhkəmə həmçinin, ana ilə bağlı hər övladına ayda 100 manat aliment ödəmək qərarı çıxarıb. Lakin ana 3 il 8 aydır ki, məhkəmənin qərarını icra etmir, övladlarına aliment ödəmir. Məhkəmə qərarını icra etmədiyi üçün S.Niftəliyeva 10 sutka inzibati həbsə məhkum edilib.
Deməli, məsuliyyətsiz atalarla yanaşı, məsuliyyətsiz, yalnız özünü düşünən analar da varmış. Bu cür halların ortaya çıxmasının bir səbəbi də ödənilməyən alimentlərlə bağlı hüquqi boşluqlardır. Cəzalar nəzərdə tutulsa da, icra mexanizmləri yoxdur. Qadın 10 sutka «yatıb» çıxacaq, amma aliment yenə ödənməyəcək. Eyni hal atalarla bağlı tez-tez təkrarlanır. Aliment ödəməkdən boyun qaçıran ataları da övladlarına pul verməyə məcbur edəcək bir mexanizm tapılmayıb hələ.
Problemlə bağlı «Şərq»ə danışan hüquqşünas Adəm Məmmədov qeyd etdi ki, vəkillik təcrübəsində oxşar hallarla çox rastlaşıb:
- «Aliment ödəməyən ana» xəbərini eşidəndə, ilk baxışda insanlara qəribə gəlir ki, bu, necə ola bilər?! Amma mən vəkillik təcrübəmdə bu cür hallarla rastlaşmışam. Uşaqlar kimin himayəsində qalırsa, qarşı tərəf aliment ödəməli olur. Bu, ata da ola bilər, ana da. Hazırkı situasiyada alimentin ödənilməsi ananın üzərindədir. Bu da o deməkdir ki, cütlük arasında nikah ləğv edildikdə uşaqlar məhkəmənin hökmü ilə atanın himayəsinə verilib. Bunun da bir sıra səbəbləri ola bilər. Məsələn, bəzən ana özü uşaqlardan könüllü imtina edib, atanın himayəsinə verilməsini istəyir. Bəzən ananın əxlaq naqisliyi, yaxud, narkomaniyaya aludəçiliyi məhkəməni uşaqlara himayəçiliyin ataya həvalə edilməsi ilə bağlı qərar çıxarmağa vadar edir. Doğrudur, uşaqların rəyi də öyrənilir. Uşaq 10 yaşına çatıbsa, rəyi soruşulur, uşağın rəyi nəzərə alınır. Amma məhkəmə himayə ilə bağlı qərarında uşaqların mənafeyini əsas tutur. Məhkəmə uşağın ata, yoxsa ananın himayəsində daha yaxşı şərtlər altında qalacağına üstünlük verir. Qərar da tərəflərin imkanları, sosial şərtlər, əxlaq göstəriciləri, davranışlar, deyək ki, narkomaniya, spirtli içkiyə aludəçilik, sağlam həyat tərzinin olub-olmaması şərtlərini əsas tutur. Himayə və alimentin kəsilməsi məsələsində qeyri-adi hallar çox olur. Məsələn, mən məhkəmə tərəfindən nəvədən babaya, oğuldan ataya aliment ödənməsi qərarlarının çıxarılması halları ilə də rastlaşmışam.
Alimentlərin ödənməməsinə gəlincə, A.Məmmədov da belə mexanizmlərin olmadığını təəssüflə qeyd etdi:
- Əvvəllər alimentin ödənməməsinə görə ən sərt cəza 6 aylıq həbs idi. Yəni, sadələşdirilmiş cəza mexanizmi vardı. Amma hazırda alimentin ödənməməsinə görə CM-də 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq alimentin ödənilməsinə məcbur edəcək mexanizm hələ də yoxdur. Vətəndaş faktiki işləyir, amma əmək müqaviləsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyata alınmadıqlarından aliment ödənməsindən boyun qaçıra bilirlər. Zərərçəkənsə bütün hallarda uşaqlardır. Məsuliyyətsiz valideynlərin yükünü uşaqlar öz çiyinlərində, həyatlarında ağır şəkildə hiss edir, o ağrını yaşayırlar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya