Antiradarlar 22 manata hərraca çıxarılıb
08:39 07.11.2017
Arxiv
252
Ekspertlər hesab edir ki, qadağan olunan qurğunun satışını həyata keçirmək düz deyil
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu dəfə də hərraca çıxardığı əmlaklarla təəccübə səbəb olub. Komitə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin maşınlarda quraşdırılmasını qadağan etdiyi və buna görə cərimə tətbiq edilən əmlakları hərraca çıxarıb. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin anbarı 5 dekabrda təşkil ediləcək hərraca antiradar təqdim edib. Antiradarın qiyməti 22 manat 5 qəpikdir.
Xatırladaq ki, antiradar qurğusu yollardakı bütün radarları göstərir. Avtomobilə quraşdırılan bu qurğu radar olan əraziyə yaxınlaşdıqda səs siqnalı ilə xəbərdarlıq edir. İndiyə kimi avtomobillərdə antiradar cihazlardan istifadə edən sürücülər 800 manat məbləğində cərimə olunub. Bildirək ki, antiradar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da mətbuata açıqlamasında bildirib ki, avtomobilə sürəti ölçməyə mane olan qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır və 500 manatdan 800 manata qədər cərimə edilir.
Qadağan olunduğu təqdirdə satışa çıxarılan antiradar qurğularının kimlər tərəfindən alınması isə sual altında olaraq qalır. Məsələ ilə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, antiradar və bir çox qadağan edilmiş qurğularla bağlı məsələ "Yol hərəkəti haqqında”, həmçinin Milli Məclisin müvafiq qanunlarında öz əksini tapır. Ekspertin sözlərinə görə, bir sıra xarici ölkələrdə antiradar qurğularından istifadə edilməsi qadağan olunmayıb. Lakin ölkəmizdə bu aparatlar qadağan olunarkən satışın həyata keçirilməsi düzgün hal deyil:
"Ümumiyyətlə, sürət göstəricilərini nizamlayan elə qurğular var ki, əgər onlar radarlara maneçilik törətmirsə, avtomobillərdə quraşdırıla bilər. Əlbəttə ki, qadağan olunan qurğunun satışını həyata keçirmək düz deyil. Yəqin ki, bu məsələ araşdırılar, burada bilinməyən məqamlar var. Düşünürəm ki, Əmlak Komitəsi məsələyə düzgün nöqteyi-nəzərdən yanaşacaq. Hazırda radarların işinə təsir edən müəyyən göstəricili aparatalar var.
Bu aparatların alınıb satılması və avtomobillərə quraşdırılması qadağan edilib. Məncə, bütün bu məsələlər hərracda və başqa yerlərdə dövlət qanunları ilə tənzimlənməlidir. Gələcəkdə ola bilər ki, bir çox qurğuların nəqliyyat vasitələrinə yerləşdirilməsinə icazə verilsin. Avtomobillərdə xüsusi kameralar quraşdırılır və bunlara icazə verilir. Lakin radarlara birbaşa təsir edən aparatlara icazə yoxdur. Ola bilər qarşıdakı illərdə buna icazə verilsin, lakin hazırda bu hal məqsədəuyğun deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual