“APA Holdinq” və İSNA arasında əməkdaşlıq sazişi imzalanıb
11:11 31.10.2017
Arxiv
687
Tehranda İranın İSNA xəbər agentliyi ilə "APA Holdinq” arasında 3 illik əməkdaşlıq sazişi imzalanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İSNA-nın baş ofisində keçirilən mərasimdə sənədə bu qurumun baş direktoru Əli Müttəqian və "APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı tərəfindən imza atılıb.
Dörd dildə (Azərbaycan, fars, ingilis və ərəb dillərində) hazırlanan sənədə əsasən hər iki agentlik arasında əməkdaşlıq əlaqələri qurulacaq. Sazişdə xəbər, foto, film mübadiləsinin aparılması (fars və Azərbaycan dillərində pulsuz), təlim seminarlarının təşkili, təcrübə mübadiləsi üçün hər iki KİV-dən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər nəzərdə tutulub.
Ə. Müttəqian deyib ki, İSNA agentliyinin jurnalistləri təhsil aldıqları ixtisasa uyğun fəaliyyət göstərən tələbələrdir: "Onlar öz istəkləri ilə İSNA-da fəaliyyət göstərirlər və onların səyi nəticəsindədir ki, İSNA İranda ən çox izlənən agentlikdir. Əməkdaşlarımızın 70 faizi qadınlardır. Bakıda Cahad-e Daneşqahi Mərkəzinin (Universitetlərin Cihadı Mərkəzi – S.F.) nümayəndəliyi fəaliyyət göstərir. Bizim agentlik və həmin mərkəz arasında olan bağlılığa görə ora bizim də ofisimiz hesab olunur. Lakin buna baxmayaraq, İSNA agentliyi Bakıda öz ofisini açmaq niyyətindədir və ümid edirik ki, sizin dəstəyinizlə bu, baş tutacaq”.
V. Mahirqızı isə "APA Holdinq” haqqında ətraflı məlumat verib. O, ümid etdiyini bildirib ki, bu saziş hər iki tərəf üçün faydalı olacaq:
"İslami irşad və mədəniyyət nazirinin müavini cənab İntizaminin Bakı səfərində bizə əməkdaşlıq sazişi imzalamaq təklif olundu. Araşdırdıqdan sonra biz bu nəticəyə gəldik ki, İSNA agentliyini əməkdaşlıq üçün seçək. APA İSNA kimi bir şirkətlə əməkdaşlıq etməkdə və təcrübələrini bölüşməkdə maraqlıdır”.
Görüşün sonunda V. Mahirqızı İSNA agentliyinin ofisinə baxış keçirib və agentliyin iş fəaliyyəti ilə yaxından tanış olub.
Qeyd edək ki, İSNA agentliyi 1999-cu ildə fəaliyyətə başlayıb. Bu gün İranda etibarlı xəbər mənbəyi hesab olunur. İranda oxucu sayına görə öndə gedən 3 agentlikdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə