Azərbaycan prezidenti: “Ermənistanın yeni hökumətinin konstruktiv mövqeyinə ümid edirəm”
18:17 09.07.2018
Arxiv
382
"Ümid edirəm ki, Ermənistanın yeni hökuməti əvvəlki rəhbərliyin səhvlərini təkrarlamayacaq".
Bu barədə prezident İlham Əliyev iyulun 8-də, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda söyləyib.
"Münaqişənin həlli üçün əsas BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunub. Qəbul olunmuş sənədlər Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”., deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Ermənistanda 20 il ərzində kriminal və korrupsioner hakimiyyət tam iflasa uğrayıb:
"Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir. İndi bunu erməni xalqı deyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol