Azərbaycan Prezidenti ilə Əfqanıstan Prezidenti arasında görüş keçirilib - YENİLƏNİB
14:42 11.07.2018
Arxiv
641
Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
"Report" xəbər verir ki, dövlət başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirib.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dövlət başçısına yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını bildirib.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulanıb.
Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edilib.
Görüşdə həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
*** 17:21
Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət