Azərbaycanda dərman preparatları istehsal olunsa, apteklərdə çox ucuzluq olacaq
20:53 21.10.2016
Arxiv
608
“Elə günü bu gündən yerli dərman istehsalı üçün beyin mərkəzinin qurulmasına, yerli molekulların istehsalına nail olmaq üçün real addımlar atmalıyıq”
Yaxın gələcəkdə Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur. Ukraynanın "İndar” iri əczaçılıq şirkəti Azərbaycanda dərman istehsalı zavodu tikməyi planlaşdırır. Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenkonun sözlərinə görə, şirkət Azərbaycanda müvafiq danışıqlar aparır və müəssisədə iştirak payının 50-nin 50-yə olacağı gözlənilir.
Azərbaycanda yerli dərmanların istehsalının yox səviyyəsində olduğunu vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu sahə illərdir nəzərdən kənarda qalıb və istehsal sahələri yaradılmayıb: "Azərbaycanın dərman bazarı yüz faiz idxaldan asılıdır. Yerli istehsalın olmaması da öz növbəsində qiymətlərə ciddi təsir göstərir. Son zamanlar insanların dərmanların qiymətinin qalxması ilə bağlı narahatlığı da məhz bundan qaynaqlanır. Çünki xaricdən alınan dərman preparatları xarici valyuta ilə alınır və apteklərdə manatla satılır. Nəticədə isə dərmanların qiymətində xeyli artım müşahidə olunur. Əgər dərman preparatlarının qiymətləri ilə bağlı ciddi narazılıqlar varsa və son zamanlarda bu sahədə müəyyən addımlar atılırsa, deməli, yerli istehsalımızın yaradılması çox vacibdir. Bu layihələr isə gələcəyə yönəlik olmalıdır ki, ölkəyə dəvət olunan şirkətlər yeni texnologiyalar və yeni molekullarla işləməyi bacarsınlar. Qiymətlərin tənzimlənməsi ilə bağlı dövlət səviyyəsində verilən qərarlardan sonra yerli dərman istehsalı ilə bağlı müəyyən proseslər gedir.
Bildiyim qədəri ilə bir müddətdir ki, Ukrayna və Rusiya şirkətləri ilə danışıqlar gedir və artıq ilkin razılıq da əldə olunub. Amma inanmıram ki, sözügedən ölkələrin mütəxəssisləri müasir molekullarla işləməyi bacarsınlar. Nə Ukraynanın, nə də Rusiyanın elə də ciddi elmi və istehsal potensialı var ki, Azərbaycanı da tamamilə dərman preparatları ilə təmin eləsin və yerli istehsalın yaranmasında önəmli rol oynasın. Onların özünün dərman bazarının 70-80 faizi xarici bazardan asılı vəziyyətdədir və bazarda istehlak olunan dərmanların böyük əksəriyyəti xaricdən idxal olunur. Bu da onu göstərir ki, həmin ölkələrdə müasir texnologiyalardan istifadə yüksək səviyyəyə çatmayıb”.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycan mümkün qədər tez öz dərmanlarımızın istehsalına nail olmalı və bununla da yerli dərman bazarımızı formalaşdırmağa çalışmalıyıq: "Bunun üçün isə Azərbaycan hökuməti təkcə Rusiya ilə deyil, bir sıra ölkələrlə əməkdaşlıq edib, qabaqcıl Avropa texnologiyalarına sahib olan dərman şirkətləri ilə danışıqlar aparmalıdır. Bu, daha məqsədəuyğun olar. Çünki Rusiyanın özündə fəaliyyət göstərən formativli kompaniyaların istehsal sahələrinin böyük əksəriyyətinin tərəfdaşı da məhz Avropa ölkələri, xüsusən də Almaniya və İsveçrə şirkətləridir. Onların texnoloji dəstəyi və istehsalda iştirakı ilə hər hansı bir dərman preparatlarının buraxılması mümkün olur. Elə olmasın ki, Azərbaycanda istehal olunan dərmanlar 2-3 ildən sonra köhnəlsin və bazarda ona tələbat olmasın”.
Ekspertin sözlərinə görə, dərman preparatlarının Azərbaycanda istehsalı baş tutsa, bu, təqdirəlayiq bir hal olar və bu, satılan dərmanların qiymətinə də təsir edər: UDərmanlar Azərbaycanda istehsal olunsa, ən azından bu məhsullar daşınma və gömrük xərclərindən azad olacaq. Çox yaxşı olar ki, təkcə dərmanların yox, gələcəkdə dərmanların istehsalında istifadə olunan molekullar da yerli beyin məhsulu olsun. Bu zaman dərmanların maya dəyəri aşağı düşər və qiymətlər ucuzlaşar. Bunun üçün zamana ehtiyac olduğunu hər birimiz başa düşürük, amma bir məsələ var ki, biz zamanı da itirməməliyik. Elə günü bu gündən yerli dərman istehsalı üçün beyin mərkəzinin qurulmasına, yerli molekulların istehsalına nail olmaq üçün real addımlar atmalıyıq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət