Azərbaycanda hər şagirdə 100 manat veriləcək? – “mümkündür”
17:39 06.08.2021
Arxiv
778
Rusiya hökuməti yeni tədris ili ərəfəsində hər məktəbli üçün 10 min rubl (təxminən 233 manat) məbləğində birdəfəlik yardımın göstərilməsi ilə bağlı qərar qəbul edib.
Maraqlıdır, belə bir təcrübə Azərbaycanda da tətbiq edilə bilərmi?
Milli.Az xəbər verir ki, mövzuyla bağlı sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov ölkəmizdə təhsilin pulsuz olduğunu qeyd etməklə yanaşı ideyaya müsbət yanaşdığını ifadə edib:
"Ölkəmizdə orta məktəb şagirdlərinə dərsliklər pulsuz verilir. Bazar qiymətilə dəyərləndirsək, şagirdlər ümumi dəyəri 110 manat olan 9-11 adda pulsuz dərsliklərlə təmin edilir. Amma onu da nəzərə alaq ki, pandemiya dövründə bütün insanlar, o cümlədən övladları orta məktəbdə oxuyan ailələr də əziyyət çəkiblər. Elə valideyn var ki, maddi vəziyyəti çox aşağı olduğundan övladlarının təhsillə bağlı ehtiyaclarını tam olaraq ödəyə bilmir. Bu mənada digər ölkələrdə olduğu kimi Azərbaycanda da belə ailələrə dövlət tərəfindən birdəfəlik müavinətlərin verilməsi daha yaxşı olardı".
Təhsil ekspertinin fikrincə, orta məktəb şagirdlərilə bağlı Rusiyadakı təcrübəyə oxşar addımın atılması Azərbaycan dövlət büdcəsinin gücü çərçivəsindədr:
"Hesab edirəm ki, pandemiyanın yaratdığı çətinlikləri nəzərə almaqla məktəb ehtiyaclarını ödəmək üçün Azərbaycanda orta məktəb şagirdlərinin hər birinə mütləq olaraq birdəfəlik 100 və ya 200 manat həcmində vəsait ödənilməlidir. Bu onların problemlərini həll etməkdə mühüm addım olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media