Azərbaycanda internet niyə zəifləyib ? - Mütəxəsis həqiqəti açıqladı
16:02 30.10.2017
Arxiv
2049
Cahid İsmayıloğlu: "İnterneti “Delta Telekom”dan götürən ikinci dərəcəli provayderlər 10 nəfər üçün nəzərdə tutulan xəttə 15-20 nəfər qoşur"
"Delta Telekom LTD” internet satdığı ikinci dərəcəli provayderlərə tələbnamə qoymalıdır: baş operator müqaviləsini ləğv edə, yaxud cərimə tətbiq edə bilər
"İnternet mütəxəssisləri "Delta Telekom LTD”nin indi dediklərini illərdir, təkrarlayır”.
Bunu "Sherg.az”a son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərdən danışarkən İnformasiya Texnologiyaları (İT) eksperti Cahid İsmayıloğlu deyib.
O bildirib ki, interneti "Delta Telekom”dan götürən ikinci dərəcəli provayderlər aldıqları xəttə həddindən çox istifadəçi qoşurlar:
"Tutaq ki, alınan xətt 10 nəfər istifadəçi üçün nəzərdə tutulub. Amma onlar həmin xəttə 15-20 nəfər qoşulur. Bunun məqsədi isə daha çox pul qazanmaqdır.
Digər yandan ölkədə mövcud internet infrastrukturu tələbatla ayaqlaşmır. Çünki həm tələbat, həm istifadəçilərin trafiki artır. Tutaq ki, əvvəl internet şəklə baxmaq, mətn oxumaq üçün istifadə edilirdisə, indi videoya, filmlərə baxılır. Videonun və digər informasiyaların keyfiyyəti arasında da fərq var. Keyfiyyət artıqda, trafik həcmi də artıb. Çətinliklər də məhz bu səbəbə görə, yaranır".
İnternet istifadəsində yaranmış problemlərin həllinə gəlincə, C.İsmayıloğlu diqqətə çatdırıb ki, baş operator olan "Delta Telekom LTD” internet satdığı ikinci dərəcəli provayderlərə tələbnamə qoymalıdır:
"Bu, qanun çərçivəsində həll edilməlidir. Eyni zamanda baş operatorun bir xəttə neçə istifadəçi qoşulmasını görməsi üçün imkanlar da var. İkinci dərəcəli operatorlar belə hallara yol verirsə, baş operator müqaviləsini ləğv edə, yaxud cərimə tətbiq edə bilər. Bu baş provayderlə ikinci dərəcəli provayderlər arasındakı müqaviləyə uyğun aparıla bilər”.
Qeyd edək ki, "Delta Telekom LTD” MMM-in açıqlamasına görə, bir neçə yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb.
Qurumdan bildirilib ki, bu cür narazılıqların yaranması ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda texnologiyanı yeniləməməsi, ən əsası isə müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq, aldığı internet yükünü artırmaması nəticəsində baş verir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya