Azərbaycanda pasiyentlərə yeni hüquqlar verilə bilər
10:22 06.11.2017
Arxiv
557
Azərbaycanda icbari tibbi sığorta tam tətbiq edildikdən sonra pasiyentlərə yeni hüquqlar verilə bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, pasiyentlərin hüququ ilə bağlı yeni qanun layihəsinin işə düşməsi icbari tibbi sığortaya bağlıdır:
"İcbari tibbi sığorta ölkə ərazisində tam fəaliyyət göstərdikdən sonra bu qanun işləyə bilər. Hazırda Azərbaycanda pasiyentlərin sağlamlığı qanunla qorunur. "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentin hüquqları öz əksini tapıb. Məsələn, xəstəxananı, həkimi seçmək, müalicə proqramı ilə tanış olmaq, öz sağlamlıq vəziyyətinin açıqlanmamasını tələb etmək və s. hüquqlar qanunda əksini tapıb. Amma digər hüquqlar da var - bahalı əməliyyatlar etdirmək və yaxud xaricə müalicəyə getmək, orqan köçürmək maliyyəyə bağlı olan məsələlərdir. Bunlar icbari tibbi sığortaya bağlı olan məsələlərdir”.
M.Quliyev bildirib ki, ölkədə icbari tibbi sığortanın tam tətbiqindən sonra yəqin ki, bu və digər məsələlərə yenidən baxılacaq, yeni qaydalar müəyyən ediləcək.
Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə kimi Mingəçevir və Yevlax şəhərlərində tətbiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol