Azərbaycanda toyuna hazırlaşan oğlanın acı taleyi - FOTO
15:36 03.11.2017
Arxiv
1069
"Cavidin ölümündə həkimlər günahkardır".
"Sherg.az"bildirir ki, bunu aznews.az-a açıqlamasında arı sancmasından dünyasını dəyişən, mərhum Cavid İmanlının bacısı Natavan Həsənli bildirib. O, qardaşının əməliyyatının ailə üzvlərinin razılığı olmadan həyata keçirildiyini deyib:
"Cavidin qolundan arı sancmışdı. Qolu şişmişdi. Deyirdi ki, "mən belə dayana bilmirəm". Şişdən narahat olurdu. Biz nə qədər desək də eşitmədi, öz ayağı ilə həkimə getdi. Anamın yanında qanı analiz olundu. Nəticələr çıxanda məlum oldu ki, heç bir mikrob keçməyib. Həmin vaxt iynə də vurub şişin altında çirkin olub-olmamasını yoxlayıblar. Dedilər sistem köçürək, sabah evə yazılar. Səhəri anam gəldi ki, həkimlər Cavidin əməliyyat olunacağını deyirlər. Anam isə onun əməliyyat olunmağını istəmədiyini bildirib. Həkim deyib ki, "qolunda çirk var, yarılıb çıxarılmalıdır. Yoxsa çirk bədənə yayılar, qolu "qanqrena" verər".
Natavan Həsənli qeyd edib ki, Cavid İmanlı xəstəxanada olduğu müddətdə ona bir ağrıkəsici vurublar:
"Qanqrena etsəydi, qolunu kəsərdin, daha niyə öldürürdünüz? Anam deyib ki, "nə istəsəniz verəcəm. Oğlumun bir ay sonra toyu olacaq. Toyumu yasa çevirməyin". Anam Cavidə narkoz vurulmasına razı olmayıb. Bildirib ki, yerli ağrıkəsicidən istifadə edin. Həkimlər anamın bu istəyini də nəzərə almadan Cavidə adi bir palatada narkoz vurub qolunu yarıblar. Elə orada baxıblar ki, uşaq ölüb. Orada bir aparat olsaydı onu şokdan çıxarardılar".
Natavan Həsənli qardaşının ölməmişdən öncə son arzusundan da danışıb: "Cavid deyib ki, "ana acam, yemək istəyirəm". Həkim ona heç nə yeməyə imkan verməyib".
Natavan Həsənli onu da bildirib ki, Cavid poeziya vurğunu olub: "Tez-tez şeir deyirdi. Nişanlısı ilə birlikdə "Unutmaq asansa, sən unut" şerinin videorolikini hazırlatmışdı. Dediyi şeirdə nişanlısına "Beləmi bitirmiş hər eşqin sonu" deməsi sanki həyatından xəbər verirmiş. Ondan bu haqda soruşanda deyirdi ki, "bilmirəm, bu şeirdən çox xosum gəlir".
Xatırladaq ki, Bakı şəhər sakini Cavid İmanlını oktyabrın 25-də arı sancıb. O, bununla bağlı 3 saylı Sabunçu Tibbi Mərkəzə müraciət edib. Həkimlər onun qolunda çirk kristallaşması diaqnozu ilə əməliyyat ediblər. Əməliyyatdan sonra Cavidin vəziyyəti ağırlaşıb. Reanimasiya şöbəsinə köçürüldükdən sonra isə dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət