Azərbaycanın müstəqilliyini heç bir qüvvə sarsıda bilməz
21:40 12.07.2018
Arxiv
1046
Xaricə yaşayan, amma ürəyi Vətənlə döyünən bir azərbaycanlı kimi , iyulun 10-da Gəncədə baş verən təxribatda, iki layiqli polis əməkdaşının şəhid olmasını ürək ağrısı ilə eşitdim. Azərbaycan polisi hər zaman öz xidməti vəzifəsini layiqincə yerinə yetirib, asayişin qorunmasında mühüm xidmətlər göstərib. Gəncə hadisələri zamanı da Azərbaycan polisi sübut etdi ki, öz canı bahasına ölkəmizdə sabitliyi, asayişi qorumağa qadirdir.
Gəncədə baş verən iğtişaşlar mahiyyətinə görə terror hadisələridir. Lakin bunu hamı bilməlidir ki, oğullarımızın canı və qanı bahasına əldə edilən, ümummilli lider Heydər Əliyevin müdrik, qətiyyətli addımları ilə dönməz xarakter alan Azərbaycanın müstəqilliyini heç bir qüvvə əsla sarsıda bilməz.
Hər birimiz,Vətəni sevən bir azərbaycanlı kimi, dövlətimizin başçısına daha çox dəstək olmalıyıq, dövlət-xalq birliyinin sarsılmazlığına töhfə verməliyik. Birliyə, dövlətçiliyə, milli təhlükəsizliyimizə, xüsusilə də ölkədə aparılan daxili və xarici siyasətə dəstək olmağımız son dərəcə vacibdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın rifahı, gələcəyi naminə var qüvvələri ilə çalışırlar. Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasəti hər zaman dəstəkləməli, dövlətimizin və dövlətçiliyimizin yanında olmalıyıq. 1991-ci ildən bu günədək müstəqillik tariximizə nəzər salanda görürük ki, dövlət müstəqilliyimiz asan yolla qorunub saxlanılmayıb. Buna görə də, bəzi mənfur xarici və daxili qüvvələrə imkan verməməliyik ki, öz məkrli planlarını həyata keçirsinlər, qarşıdurma yaratsınlar.
Ən başlıcası isə Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı siyasəti ürəkdən dəstəkləyir və müdafiə edir. Bu gün ölkəmizdə möhkəm birlik və sabitlik hökm sürür. Dövlətimiz ölkəmizdə hər cür sabitliyi və normal həyat tərzini təmin edib. Bu, bizim böyük sərvətimizdir. Bu sərvəti qorumaq hər birimizin şərəfli və məsuliyyətli borcudur.
Gülağa Tənha
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region