Azərbaycanın sabiq XİN başçısı Lavrov kimi optimist deyil: "...İrəliləyişə inanmıram"







"Dağlıq Qarabağ münaqişəsində irəliləyişə nail olmaq üçün erməni tərəfi öz mövqeyini dəyişməlidir”.

Bunu "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun bu il Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacağı haqqında açıqlamalarını şərh edərkən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O vurğulayıb ki, Ermənistanı mövqeyini dəyişməyə sövq edən heç bir amil yoxdur:

"Vasitəçilər Ermənistana lazımi səviyyədə təsir göstərmirlər. Ermənistanın siyasi elitası gündən-günə öz mövqeyini sərtləşdirir. Ona görə, danışıqlarda hansısa nəticə gözləmək mümkün deyil. Bu halda irəliləyiş olacağına inanmıram”.

Qeyd edək ki, 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirən S.Lavrov ötən il baş tutan prezidentlərin və nazirlərin görüşünü xatırladıb. S. Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın.

Aysel Aslan