Bağlar qopdu...
07:52 25.10.2018
Arxiv
640
“Cümhur İttifaqı”nın dağılması üçün HDP və digər xarici qüvvələr də ciddi fəaliyyət göstərirdilər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim AKP və müxalif Milliyyətçi Hərəkat Partiyası arasında yaradılmış "Cümhur İttifaqı” dağılıb. Bu barədə ilk məlumatı MHP başqanı Dövlət Baxçalı verib. İttifaqın sona çatdığını söyləyən partiya sədri 2019-cu ilin 31 mart tarixində keçiriləcək bələdiyyə seçkilərində öz namizədlərinin iştirak edəcəklərini deyib. İlkin açıqlamaya görə, partiyalar İstanbul bələdiyyə sədrliyinə namizəd və əfv məsələsində razılığa gələ bilmədikləri üçün ayrılmaq qərarı alıblar. Prezident Ərdoğan da MHP ilə ittifaqın dağıldığını təsdiqləyib: "Hər kəs öz yolu ilə getməyə davam etsin. Madam ki, MHP fərqli seçim edib, "biz yolumuza” deyir, biz də "hərə öz yoluna” deyərik”. Biz bu ittifaqın ruhuna ziyan verəcək heç bir iş görmədik və görməyəcəyik. Millətimizin əmanəti olan "Cümhur İttifaqı”nı gündəlik siyasətdən üstün tutmaq istədik. Ancaq alınmadı”.
İttifaqın dağılmasını "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, AKP və MHP arasındakı "Cümhur İttifaqı”nı ən çox partiyanın liderləri dəstəkləyirdi. Ancaq hər iki siyasi təşkilatda ittifaqa xoş baxmayan, ilk fürsətdə pozmağa çalışan adamlar var idi. Lakin rəhbərlik səviyyəsində məsələyə göstərilən ciddi dəstək bu cür narazılıqları ört-basdır etməyə kifayət edirdi:
"Bələdiyyə seçkiləri prezident və parlament seçkisindən fərqlidir. Bu seçkilərdə qalib gəlmək ondan sonra gələn siyasi mübarizələrdə təməl rolunu oynayır.
Ona görə də yerli özünü idarəetmə seçkiləri strateji əhəmiyyət daşıyır. Məncə, yeganə problem bələdiyyə seçkisi deyil. Çünki hər iki qurumun rəhbəri, yəni həm AKP sədri Rəcəb Tayyib Ərdoğan, həm də MHP sədri Dövlət Baxçalı bələdiyyə seçkisinə ortaq hazırlıqla bağlı təlimat vermişdi. Təəssüflər olsun ki, heç bir partiya ortaya ciddi sənəd qoya bilmədi. Hakim AKP-ni təmsil edən bəzi kürd kökənli təmsilçilər isə MHP-nin xoşuna gəlməyəcək açıqlamalar verdilər. Bu da millətçiləri hiddətləndirdi, ən əsası isə AKP ilə ittifaqın əleyhinə olan qüvvələrə şans verdi”.
Analitikə görə, bütün bunlara rəğmən ortaqlığı qorumaq mümkün idi. Lakin əfv məsələsinin ortaya atılması vəziyyəti gərginləşdirdi: "Məlumdur ki, Dövlət Baxçalı mütəşəkkil cinayətkarlıq təşkilatı lideri Alaaddin Çakıcını həbsxanada ziyarət etmiş və onun ümumi amnistiyaya salınması üçün hökumətə təklif irəli sürmüşdü. Amma bununla bağlı ortaq məxrəcə gəlmək mümkün olmadı. Hakim partiya "qurunun yanında yaşın da yanmaması” üçün bundan imtina etdi. Nəticədə tərəflər arasında bağlar qopdu. Onu da vurğulamaq lazımdır ki, "Cümhur İttifaqı”nın dağılması üçün HDP və digər xarici qüvvələr də ciddi fəaliyyət göstərirdilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol