Bahar Muradova: "Azərbaycan üçün Türkiyə ilə bütün sahələrdə münasibətlər önəmlidir"
17:13 29.11.2018
Arxiv
620
Milli Məclisin sədr müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndələri ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, B.Muradova Türkiyə ilə bütün sahələrdə münasibətlərin Azərbaycan üçün böyük önəm kəsb etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin "bir millət - iki dövlət” kəlamını xatırladan B.Muradova Türkiyə və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün dünyaya nümunə göstərildiyini vurğulayıb.
B.Muradova Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin təşəbbüsü və təşkilatçılığı ilə yaranan bu təşkilatın çox müqəddəs amallar uğrunda fəaliyyət göstərəcəyindən məmnun olduğunu bildirib. Təşkilatın qarşısına qoyduğu hədəflərin ortaq siyasi-mədəni tədbirlərin təşkili, qadınların fəaliyyətinin sərhədlərinin genişləndirilməsi, türk dünyası qadınları arasında dialoq və tarixi qardaşlıq bağlarının gücləndirilməsi olduğunu qeyd edib.
TURKAP nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mihrimah Belma Satır Azərbaycanda özlərini doğma evlərində olduğu kimi hiss etdiklərini diqqətə çatdırıb. Bu ilin sentyabrında İstanbulda təsis olunan təşkilatın gələcək fəaliyyətindən, qarşıya qoyulan hədəflərə doğru irəliləmək yolunda atılan addımlardan danışıb. O bildirib ki, bu ilin dekabrında İstanbulda təşkilatın üzvü olan 200 qadının iştirakı ilə qurumun beynəlxalq forumu keçiriləcək.
Görüşdə iştirak edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Jalə Əliyeva, TBMM deputatı Rəsmiyyə Çanaltay, Hesablama Palatasının auditoru Mehriban Alışanova, TURKAP təşkilatının qurucusu Zait Nahmatov, filoloq-alim Şərəf Cəlilli və başqaları təşkilatın fəaliyyətinin türk dünyası üçün çox əhəmiyyətli olacağını bildirib, nəzərdə tutulan layihələrin qadınlarımızın və tərəqqipərvər cəmiyyətimizin inkişafına xidmət edəcəyini qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm