“Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək” - ATƏT PA-nın prezidenti
12:34 31.10.2017
Arxiv
385
"Bakı-Tbilisi-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: "Hazırda biz bütün dünyada "İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə "İpək yoluna dəstək qrupu” yaradılıb”.
G. Sereteli bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: "Bununla yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, həmin ölkələrə daha çox investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılmasına kömək edəcək.”.
Gürcüstan təmsilçisi bəyan edib ki, üç ölkə arasında strateji tərəfdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə sübut olunur: "Gürcüstan, Azərbaycan və Türkiyə çox sıx əməkdaşlıq edir və bu, olduqca vacibdir. Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələcək onilliklərdə öz effektivliyini daha da çox göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə