Bakıda ərini döyə-döyə öldürən 23 yaşlı qız danışdı
11:24 08.11.2017
Arxiv
579
Ötən gecə Bakının Sabunçu rayonunda həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürən 23 yaşlı Tünzalə Vəliyeva hadisəni özünü müdafiə edərkən törətdiyini deyib. Lent.az xəbər verir ki, 1 və 2 yaşlı iki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu demək olar ki, hər gün döydüyünü bildirib. Müxtəlif yerlərdə günəmuzd əməklə məşğul olan və evə içkili gələn Nazim Vəliyevin əməllərindən bezdiyini deyən qadın onu öldürməyi planlaşdırmadığını əlavə edib: "Məni hər gün döyürdü, təhqir edirdi. Dünən də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım”.
Tünzalə Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.
Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İlkin araşdırmalardan sonra cinayətin özünü müdafiə və ya ehtiyatsızlıq əsaslı maddəyə tövsif edilməsi ehtimalı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat