Bakıda olay: Yaşlı kişi yolun ortasında öldü, səbəbi isə bilinmir - Hadisə yerindən fotolar

Bu gün səhər saatlarında paytaxtın Binəqədi ərazisində "Şamaxinka" kimi tanınan ərazidə yolun ortasında ölüm hadisəsi qeydə alınıb. 
Hadisə yerindən məlumat verən əməkdaşımızın bildirdiyinə görə, adı açıqlanmayan kişi mərhumun nəşi piyada keçidinin kənarında yerə uzadılmış vəziyyətdə olub. 60- dan yuxarı yaşı olduğu ehtimal edilən mərhumun ölüm səbəbləri hələ ki məlum deyil. 
Hadisə şahidlərinin bəzisi onun piyada keçidini keçərkən VAZ -21 011 marakalı 10 ET 260 dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulduğunu iddia edir. Bəziləri isə sözügedən maşının məhz həmin şəxsə aid olduğunu söyləyir və bildirir ki, mərhum maşını idarə edərkən qəfil ürəyi tutub və yerindəcə dünyasını dəyişir. Hadisə yerinə toplaşan polis əməkdşaları isə olayın səbəblərini açıqlamayıb. Qeyd edək ki, həmin avtomaşın yoldan çıxaraq səkiyə düşmüşdü.  
FOTOLARI təqdim edirik:
Ayyət ƏHMƏD