Bakıda yük maşını sərnişin avtobusuna çırpıldı: 1 ölü, 10-dan çox yaralı- VİDEO - YENİLƏNİB
06:18 12.07.2018
Arxiv
583
Bakıda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hadisə Bakı-Qazax magistralının 21-ci kilometrliyində baş verib. Şəhər istiqamətində hərəkət edən yük maşını gəldiyi sürətlə arxadan 149 saylı marşrut üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Nəticədə avtobus aşıb: "Polisin ilkin məlumatına görə, hadisə yük maşını sürücüsünün sükan arxasında yuxulaması nəticəsində baş verib".
M. Ağayev bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb, təxminən 10-dan çox şəxs isə yaralanıb. Onlar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar.
***
09:10
Bakıda sərnişin avtobusu ağır qəzaya düşüb.
"Lent.az"ın məlumatına görə, yük maşını arxadan 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, qəza zamanı bir qadın dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou