"Zərərin qaldırılması, xərclərin azaldılması üçün bir neçə variant var"
“Baku Bus” deyəsən “batır”
21:07 25.10.2017
Arxiv
777
Professor vəziyyətdən çıxmaq üçün yardıma hazırdır
"Zərərin qaldırılması, xərclərin azaldılması üçün bir neçə variant var"
"Zərərin qaldırılması, xərclərin azaldılması üçün bir neçə variant var"
Paytaxt sakinlərinin rahatlıqla istifadə etdiyi ictimai nəqliyyat növü vardı - "Baku Bus”lar, onu da deyəsən, camaatın əlindən almaq istəyirlər. Bu mənada ki, əgər gediş haqqı artırılacaqsa, "Baku Bus”lara minənlərin sayı da azalacaq.
Bəd zənnə qapılmağımıza səbəb "Baku Bus” şirkətindən zərərlə işlədiklərinə dair verilən açıqlamadır. "Baku Bus”un ötən il üzrə audit hesabatı açıqlanıb. Qeyd olunur ki, 2016-cı ildə "Baku Bus” MMC-nin aktivlərinin həcmi 2015-ci illə müqayisədə 7.73 faiz az olub. Və şirkət 54 milyon 637,619 min manat zərər edib.
Şirkət bu hesabatı açıqlamaqla nəyə nail olmaq istəyir? Fərziyyələr arasında gediş haqlarının artırılmasına nail olmaq, həmçinin, dövlətdən subsidiya əldə etmək, zərərin dövlət hesabına ödənməsinə çalışmaq istəyinin olduğu da deyilir.
Mütəxəssislər qeyd edir ki, "Baku Bus” zərəri yanacağın qiyməti ilə əlaqələndirə bilməz. Çünki bu avtobuslar benzinlə yox, dizel yanacağı ilə işləyir. Lakin zərər təkcə yanacaqla da bağlı deyil. Ümumi işçi personalın saxlanması, əmək haqqı, texniki vasitələrə qulluq, ustaların əmək haqqı, sürücülərin tibbi təminatı, ehtiyat hissələr, sürtkü yağları, avtobusların saxlanmasına çəkilən xərclər və s. ümumi xərcləri təşkil edir. Sərnişindaşıma ümumi xərclərin 10-15 faizini təşkil edir. Ona görə də hətta gediş haqqının qaldırılması da zərərin tam ödənməsinə gətirib çıxarmayacaq.
İqtisadçı-alim Zahid Məmmədov isə "Şərq”ə açıqlamasında zərərin əsaslandırılmalı olduğunu bildirdi:
- Birincisi, audit hesabatını Hesablama Palatası açıqlamalıdır.
Audit yoxlaması aparılmalı və zərər də, gəlirlər də müəyyənləşməlidir. İstənilən şirkət zərərlə işlədiyini iddia edə bilər. Amma bu, faktlarla əsaslandırılmalıdır. Zərərin səbəbləri göstərilməli və araşdırılmalıdır. Zərəri yaradan nədir, hansı səbəblərdir, bilinməlidir. Zərər təkcə qiymətlərlə bağlı ola bilməz. Bu, mümkün deyil. Gediş haqlarının qaldırılması variantı istisna edilməlidir. İctimai nəqliyyat hər kəs üçün əlçatan olmalıdır. Türkiyədə bələdiyyə avtobusları da var, özəl şirkətlərin avtobusları da. Əhali hansı rahatdırsa, onu seçir. Bizdə də belə olmalıdır. Zərərin qaldırılması, xərclərin azaldılması üçün bir neçə variant var. Ən uğurlusu da reklamların təşkil edilməsidir. Reklam işini qursunlar. Seçənəklər müxtəlifdir. Mənə müraciət etsinlər, kömək edim.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya