"Bayıl yamacında gərgin vəziyyət davam edir" - Rəsmi
10:56 27.03.2019
Arxiv
600
"Fevralın 5-i Şamaxıda baş verən zəlzələdən sora çoxsaylı avtoşoklar baş verdi. Biz də zəlzələdən sonra bir sıra geoloji təhlükəli proseslərin mövcud olduğunu bilərək proqnoz etmişdik ki, həmin ərazidə vulkanların, torpaq sürüşmələrinin olması ehtimalı var”.
ONA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev deyib.
O bildirib ki, zəlzələ episentrinə yaxın ərazilərdə torpaq sürüşmələri, vulkan püskürmələri baş verib: "Biz əvvəlcədən bu hadisələrin olmasını gözləyirdik. Həmin ərazilərdə sürüşmələr yol ətraflarında baş vermişdi ki, xüsusən də Qızmeydan yolunda, Ağsu aşırımında sürüşmələr aktivləşmişdi. Yağış zamanı və hər hansı bir zəlzələ hadisəsi baş verəndə bu sürüşmələr aktivləşə bilər”.
Şöbə müdiri bildirib ki, tarixən Bayıl yamacında sürüşmə zonaları mövcuddur: "Zaman-zaman bunlar təbii və antropogen təsir nəticəsində aktivləşir. Hələ ki həmin ərazilərdə gərgin vəziyyət davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət