E.Hüseynovun sözlərinə görə, əhalinin baytarlara inamı olmadığı müddətdə insanlar marketdən ət almayacaq:
Baytarlıq idarəsinə ağır ittiham: "At, it əti satan mağazalardan 200-300 rüşvət alıb, göz yumurlar"
13:48 24.10.2017
Arxiv
985
"Ölkənin paytaxtı ətə tələbat çox olduğuna görə, qəssabxanaya çevrilib”.
Bunu "Sherg.az”a Bakıda antisanitar şəraitdə ət kəsilməsi ilə bağlı danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, insanlar marketlərdən ət almağa meyl etmir, qəssabxanalarda kəsilən ətləri seçir:
"Çünki mağazada satılan ətlərin heç bir sertifikatı, hüquqi sənədi yoxdur. İstehlakçıya heç bir əsas göstərmirlər. Ona görə, insanlar natəmiz belə olsa, gözləri ilə gördükləri, mal, qoyun ətini almağa üstünlük verirlər. Kənd təsərrüfatı nazirinin idarə rəisi 3 ay əvvəl məlumat yaydı ki, it, at, eşşək əti də satmaq olar. Bir şərtlə ki, üzərində nə əti olduğu yazılsın, istehlakçı aldadılmasın. Bu, normal hal deyil. Baytarlıq idarəsi at, it əti satan mağazalardan 200-300 rüşvət alıb, onların "fəaliyyət"inə göz yumurlar. Amma Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsi onlardan fərqli olaraq belə hal aşkarlayarsa, ekspertizaya verir, cinayət işi qaldırır, bütün hüquqi proseduraları yerinə yetirir. Kənd Təsərrüfatı Nazirliyi də düzgün yoxlama həyata keçirmir, nəzarət edə bilmir”.
E.Hüseynovun sözlərinə görə, əhalinin baytarlara inamı olmadığı müddətdə insanlar marketdən ət almayacaq:"Dövlətin istehlakçı hüquqları haqqında qanunları işləməlidir. Bu işə nəzarət edən qurumlar isə tam rüşvətə meylləniblər. Ona görə, vəziyyət pik həddinə gəlib çatıb. Bu Qurban bayramında da özünü göstərdi. "Montin bazarı” ətrafında o dərəcədə biabırçı, antisanitar vəziyyət hökm sürürdü ki, aidiyyəti qurumların heç bir iş görmədiyi ortada idi.
Müvafiq nəzarət orqanları əhalinin inamını qazanmalıdır ki, insanlar daha təmiz qidalar əldə edə bilsin. Səhərlər bazarlarda kəsilmiş ətlərin üzərinə möhür vurulur. Guya baytarlar səhərə qədər ekspertiza aparıblar. Nə qədər ki, dövlətin müvafiq qurumları yalançı siyasətdən əl çəkməyib, əmtəə bazarında belə buna tələbat olacaq, Bakı isə qəssabxana olaraq qalacaq”.
Qeyd edək ki, Bakının NZS adlanan qəsəbəsində antisanitar şəraitdə fəaliyyət göstərən ət qəssabxanalarının kadrları yayılıb. Kadrlardan görünür ki, qarın və bağırsaqlar yerə atılıb, kəsilən heyvanın içalatı kanalizasiyanın yanında yuyulur. Yol kənarında açıq vəziyyətdə asılan ətə, ətrafdan şütüyən avtomobillərdən toz hopur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya