Belə sürücülərin şirkət imtahanlarından necə keçməsinə diqqət çəkən ekspert söyləyib ki, gec-tez sürücünün içərisindəki xislət özünü göstərir:
"....Belə sürücülər mütləq işdən çıxarılır” - AÇIQLAMA
15:17 03.11.2017
Arxiv
723
Elməddin Muradlı:"Sıxlıq yaranan kimi sürücülər əks yola çıxıb, qayda pozurlar. Belə addımı xüsusilə, “Bakubus”un sürücüsünün atması təəssüfləndiricidir"
Belə sürücülərin şirkət imtahanlarından necə keçməsinə diqqət çəkən ekspert söyləyib ki, gec-tez sürücünün içərisindəki xislət özünü göstərir:
"Avtobus sürücülərinin "tələsirəm, sərnişinləri vaxtında çatdırmalıyam” kimi bəhanələrlə yol hərəkəti qaydalarını pozması mənasız əsasdır”.
Bunu "Sherg.az”a "Bakubus” sürücüsünün kobud şəkildə qaydanı pozaraq sərnişinlərin həyatını təhlükəyə atmasına münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O bildirib ki, sürücülər bunu özünümüdafiə məqsədi ilə deyir:
"Təcili tibbi yardım, polis və yanğınsöndürən maşınların hərəkətin əksinə sürməsi, yol hərəkəti qaydalarına üzrlü səbəblərdən poza bilər. Lakin bu halda belə sürücü təhlükəsizlik qaydalarını təmin etməli, sayrışan işıqlardan və mikrofondan istifadə etməlidir.
Sıxlıq yaranan kimi sürücülər əks yola çıxıb, qayda pozurlar. Belə addımı xüsusilə, "Bakubus”un sürücüsünün atması təəssüfləndiricidir. Son illər sərnişinlər tərəfindən inam qazanmış bir şirkətin sürücüsünün belə davranışı cəzasız qala bilməz. Belə qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinə görə, 100 manat cərimə ilə nəticələnə bilər.
Yol polisinin cəriməsindən əlavə sürücünü daşıyıcı, məsul şirkət cəzalandırmalıdır. Təcrübə göstərir ki, belə sürücülər mütləq işdən çıxarılır”.
Belə sürücülərin şirkət imtahanlarından necə keçməsinə diqqət çəkən ekspert söyləyib ki, gec-tez sürücünün içərisindəki xislət özünü göstərir:"Düşünmürəm ki, sürücünün bir səhvi bütün şirkətin imicinə zərbə vurmalıdır. Bu, yanlış yanaşma olar. "Bakubus”un fəaliyyətini çox yaxından izləyirik. Yol nəqliyyat hadisələri bu şirkətin iştirakı ilə baş verirsə, əksər hallarda qarşı tərəf günahkar olur. "Bakubus”un sürücüləri tərəfindən törədilən xırda hadisələr isə ciddi problem yaratmır. Bu, ondan irəli gəlir ki, əksər yollarımız böyük avtobusların tutumuna uyğun deyil. Sıxlıq vaxtı manevr imkanları zəif olur. Ona görə, xırda toqquşmalar baş verir. Hər halda böyük qəzaların olmaması müsbət haldır”.
Qeyd edək ki, Bakıda "Bakubus” sürücüsünün kobud qayda pozuntusu görüntülənib. Belə ki, "99 – JX – 266” dövlət nömrə nişanlı, 13 nömrəli avtobus əks istiqamətə çıxaraq hərəkət edib.
Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi, hələ qarşısına çıxan avtomobildən yol da istəyib. Sərnişinlərin həyatını təhlükəyə atan sürücü daha sonra manevr edərək hərəkətə davam edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət