Benzinin bahalaşmasının istehlak bazarına təsiri gözlənilmir
06:46 23.08.2018
Arxiv
844
"Bu sahədə bahalaşma o zaman “domino effekti” yarada bilərdi ki, dizel yanacağı və “Aİ-92” markalı benzin bahalaşsın"
Xəbər verdiyimiz kimi, Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub. Məlumat üçün deyək ki, hazırda ölkəyə idxal olunan "Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla 1.35-1.40 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir.
Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu. Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti isə 1.82 AZN-dir. İqtisadiyyat Nazirliyindən verilən açıqlamaya görə, "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur. Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək, Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir.
Məlumdur ki, ictimaiyyətdə avtomobil yanacağının qiymətlərinə olan maraq daim gündəmdədir. Dünya bazarında yanacağın qiymətinin sürətlə dəyişməsinin ölkəmizə nə dərəcədə təsir edəcəyi əhali arasında böyük marağa səbəb olur. Bunu nəzərə alan mütəxəssislərimiz Azərbaycanla qonşu ölkələr arasında "Premium” markalı avtomobil benzinlərinin satış bazarında mövcud vəziyyəti müqayisə edirlər. Göstərilən markalı benzinlər ölkəmizdə istehsal edilmədiyi üçün xarici dövlətlərdən idxal olunur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib. Xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir. Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan qonşularla müqayisədə hələ də benzinin qiymətinin ən ucuz olduğu ölkələrdəndir.
Ekspertlərin fikrincə, super benzinlərin qiymətinin qaldırılması ölkənin dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək. Bu isə o deməkdir ki, vətəndaşların maaş, pensiya və təqaüdlərinin artırılması üçün dövlət büdcəsində yeni maliyyə imkanları yaranır. Daha bir önəmli məsələ isə odur ki, bu gün ölkədə daha çox işlənən avtomobil yanacağı Aİ-92 markalı benzindir ki, onun da qiyməti neçə illərdir sabitdir. Mütəxəssislərin məlumatına görə, bu markanın qiymətinin qalxması gözlənilmir. Ona görə ki, bu yanacaq növü Azərbaycanda istehsal olunur və onun qiyməti idxal xərclərindən asılı deyil. Sözügedən benzin markalarının qiymətinin qalxması ölkəmizdəki orta təbəqəyə təsir etmir. Ona görə ki, orta təbəqənin istifadə etdiyi yanacaq növü daha çox Aİ-92 markalı benzindir .
İqtisadçı-ekspert Pərviz Heydərov "Şərq”ə bildirib ki, "Premium euro-95” və "Super euro-98”-in bahalaşması problem yaratmayacaq. Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil istifadəçilərinin 90 faizdən çoxu dizel yanacağı və "Aİ-92” markalı benzin istifadə edir: "Ölkənin iqtisadiyyatı, əsas istehlakçılar üçün "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlərin qiymətinin bahalaşması ciddi problem yaratmayacaq.
Bu benzin markaları ölkədə istehsal edilmir, idxal edilir. Azərbaycanda yerləşən Heydər Əliyev adına Bakı Neftayırma Zavodunda rekonstruksiya işləri tamamlandıqdan, müəssisə tam modernləşdikdən sonra gələcəkdə "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlərin də ölkə daxilində istehsal ediləcəyi gözlənilir. Hələlik isə bu markaların qiyməti sərbəst bazar qanunlarına uyğun həyata keçirilir. Düşünürəm ki, "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlərin bahalaşması dünya bazarlarında neftin qiymətinin yüksəlməsi və həmin markaların ölkəmizə gətirilməsi xərclərinin artması ilə bağlıdır. Bahalaşmanın istehlak bazarına təsiri gözlənilmir. Bu sahədə bahalaşma o zaman "domino effekti” yarada bilərdi ki, dizel yanacağı və "Aİ-92” markalı benzin bahalaşsın”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media