Kürd muxtariyyətinin rəhbərliyinin referendumun nəticələrini dondurmağa hazır olması və İraq hökumətinə dialoq təklifi hiyləgər bir oyundur
Bərzani ABŞ-a inanıb yanlışlığa yol verdi
08:02 26.10.2017
Arxiv
816
Kürd muxtariyyətinin rəhbərliyi dalana dirənib, çıxış yolu görünmür
Kürd muxtariyyətinin rəhbərliyinin referendumun nəticələrini dondurmağa hazır olması və İraq hökumətinə dialoq təklifi hiyləgər bir oyundur
Kürd muxtariyyətinin rəhbərliyinin referendumun nəticələrini dondurmağa hazır olması və İraq hökumətinə dialoq təklifi hiyləgər bir oyundur
Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib. Regional hökumətin saytında dərc olunmuş bəyanatda qeyd olunub:
"Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) Konstitusiya əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqun başlanılması”.
Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib.
Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Oktyabrın ortalarında İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda "Peşmərgə”yə qarşı hərbi əməliyyata başlayıb.
Bərzani hakimiyyətinin bir az tələskinliyə yol verdiyini vurğulayan politoloq Natiq Miri deyib ki, referendum öncəsi Bərzani ilə görüşən Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi dövlət katibi Reks Tillersonun hazırladığı yol xəritəsini ona təqdim etmişdi. Yol xəritəsində isə referendumun müvəqqəti təxirə salınması, yaxın 6 ay müddətində İraq Mərkəzi hökuməti ilə dialoq aparılması və bir çox tələblərin qarşıya qoyulması tövsiyə olunmuşdu:
"Bu dialoq zamanı konkret nəticə əldə olunmayacağı təqdirdə referendumun keçirilməsi və ABŞ-ın nəticələri tanıyacağı vəd olunmuşdu. Ancaq İsrailin təhriki ilə Bərzani tələsdi və ABŞ-ın istənilən halda Kürdüstan müxalifətini müdafiə edəcəyini və referendumun nəticələrini tanımaq məcburiyyətində qalacağını zənn etdi”.
Siyasi cəhətdən Bərzani hakimiyyətinin böyük yanlışlığa yol verdiyini qeyd edən politoloqa görə, ABŞ məhz İŞİD-lə mübarizə adı altında regionda öz varlığını sürdürür:
"Əgər ABŞ belə bir vəziyyətdə kürd muxtariyyətinin keçirdiyi referendumun nəticələrini tanısaydı, ABŞ-ın regiondakı varlığı sual altında qalacaqdı. Bərzani isə hesab edirdi ki, ABŞ kürd muxtariyyətini tanısa, region ölkələri bir o qədər də sərt reaksiya göstərə bilməyəcək.
Bütün bunları hesablamadan referendum keçirən Bərzani hakimiyyəti məhz bu səbəbdən də bu gün ortada tək qaldı. Gözlənilmədən İran, Türkiyə və İraq işbirliyi nəticəsində Bərzani hakimiyyəti bütün istiqamətlərdə küncə sıxışdırıldı”.
Bütün bunlara rəğmən N.Mirinin fikrincə, kürd muxtariyyətinin rəhbərliyinin referendumun nəticələrini dondurmağa hazır olması və İraq hökumətinə dialoq təklifi hiyləgər bir oyundur:
"Referendumun nəticələrini dondurmaq İraq Mərkəzi hakimiyyətini qane edəcək bir təklif deyil. Onlar yaxşı anlayır ki, münbit mühit yaranan kimi kürd muxtariyyətinin rəhbərliyi bu donu aça və müstəqilliyini elan edə bilər.
Mərkəzi hakimiyyət yalnız referendumun nəticələrinin ləğv olunduqdan sonra dialoqa başlayacaq. Yəni Bərzani hakimiyyəti İraq Mərkəzi hakimiyyətinin bütün şərtlərini qəbul etməyənə qədər tərəflər arasında razılaşma əldə olunmayacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya