"Bəs o biri rayonlar nə olacaq? ! " - Deputat haqlı TƏNQİD
11:33 08.11.2017
Arxiv
1234
Aqil Abbas: " Belə açıqlamalarla bizi həmin 5 rayon məsələsinə kökləmək, danışıqları qabartmaq yersizdir. Qərbli rəsmilər işləri ilə məşğul olsun. Münaqişəni tənzimləməyə Azərbaycanın gücü çatır və həll edəcək&
"Qərb rəsmiləri, diplomatlar Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması ilə baş qatmağa çalışır. Onlar lazımdır ki, bu hadisələr bizim yadımızdan çıxsın”.
Bunu "Sherg.az”a ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri haqqında açıqlamalarına münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. Deputat bildirib ki, münaqişənin həlli üçün əlavə qüvvələr aradan çəkilməlidir:
"Həmin qərbli rəsmilər hərəsi öz işi ilə məşğul olsun. Bu məsələni tənzimləməyə Azərbaycanın gücü çatır və həll edəcək. Dövlətimiz öz torpaqlarını azad etməyə hazırdır.
Bəzən əcnəbi diplomatlar, həmsədrlər 5 rayonun qaytarılması haqqında fikirlər səsləndirir. Mətbuat da həmin açıqlamaları müzakirə edir, manşet çıxarır. Heç kim sual etmir ki, bəs o biri rayonlar nə olacaq? Belə açıqlamalar verib, bizi həmin 5 rayon məsələsinə kökləmək, danışıqları qabartmaq yersizdir.
Ali Baş Komandanımızın əmri ilə aprel döyüşlərində də sübut etdik ki, problemimizi həll edə bilərik. Kənar qüvvələr çəkilsin, biz özümüz münaqişəni həll edərik”.
Qeyd edək ki, Robert Sekutanın sözlərinə görə, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət