Beyinin intensiv işləməsi təkcə insanlara xas deyil
09:22 05.11.2017
Arxiv
525
Elm adamları beyinin vücudda kiçik bir hissəni tutmasına baxmayaraq, çox enerji istifadə etməsinə bəzi heyvanlarda da rast gəlindiyini, onun intensiv işləməsinin yalnız insana xas olmadığını müəyyənləşdiriblər.
AZƏRTAC "The Journal of Human Evolution” dərgisinə istinadla xəbər verir ki, ABŞ-ın Dyuk Universitetinin alimləri 22 heyvan növündə beyinin enerji sərfini araşdırıblar. Enerjinin beyinə damarlar vasitəsilə qlükoza formasında daşındığına diqqət çəkən tədqiqatçılar heyvanların kəllə sümüyünün kəsiyi içindən keçən damarlardakı qlükoza miqdarını ölçüblər.
Tədqiqarçılar ölçmələrdən sonra belə qənaətə gəliblər ki, insan beyni proporsional olaraq gəmiricilər, makaka və babuin kimi qədim meymunlar, o cümlədən böyük meymunlardan olan şimpanze və oranqutandan daha çox enerji sərf edir. Lakin cücə ipək meymunları, qələmquyruqlu tarla siçanı və halqaquyruqlu lemur kimi bəzi növlər proporsional olaraq insanlara yaxın və ya onlardan daha çox beyin enerjisi sərf edir.
İnsan beyini fiziki olaraq vücudun 2 faizi qədər yer tutsa da, əsas metabolizmin ümumi enerjisinin təxminən 27 faizini istifadə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət