"Bəzi marşrutlarda günün pik saatlarında gecikmələr olur" - BNA-dan ETİRAF
16:19 02.11.2017
Arxiv
750
"Marşrut avtobuslarının interval artımından söhbət gedə bilməz”.
Bunu "Sherg.az”a son günlər vətəndaşların bəzi marşrut avtobuslarında interval artımı ilə bağlı şikayətlərini cavablandırarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum sözcüsü qeyd edib ki, bəzi marşrutlarda günün pik saatlarında gecikmələr olur:
"Lakin bunun səbəbləri fərqlidir. Bəzən yollarda tıxac yaranır, razılaşdırılmadan hansısa qazıntı işləri aparılır. Bütün bunlar isə avtobusların hərəkət qrafikində gecikmələrə səbəb olur.
İntervallarda ləngimələr süni səkildə sürücü və ya daşıyıcı şirkətin digər əməkdaşları tərəfindən baş verirsə, bu zaman BNA səlahiyyətləri çərçivəsində sərnişinlərimizi narahat edən bu kimi xoşagəlməz halın aradan qaldırılması istiqamətində işlər görür”.
M.Ağayev şikayətləri "qaynar xətt”ə ünvanlamaqla bağlı sərnişinlərə müraciət edib:
"Sərnişinlərimizdən xahiş edirik ki, bu sahədə bütün şikayətləri bizə ünvanlasınlar. Çünki vətəndaşların müraciəti bizim üçün çox önəmlidir. Vətəndaşlar yalnız "qaynar xətt”imiz deyil, eyni zamanda "Facebook” pofilimizə və alo141.az saytına da müraciətlərini edə bilərlər.
Qeyd etməliyəm ki, məhz vətəndaşlardan gələn müraciətlər əsasında bir çox çatışmazlıqlar aşkar edilərək aradan qaldırılıb.
Bu fəallığa görə də hər kəsə təşəkkür edirik”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət