"Bolton yaxşı bilir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir" - Professor
15:47 24.10.2018
Arxiv
767
"Azərbaycan ya sülh yolu ilə, ya da digər vasitələrə əl atmaqla öz dədə-baba torpaqlarını işğaldan azad edəcək".
Bu barədə "Sherg.az"a ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq" bəyanatını şərh edərkən, "Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.
Onun sözlərinə görə, C.Bolton ABŞ-ın ənənəvi ifadəsini təkrarlayaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır:
"ABŞ rəsmisi söylədi ki, o hər iki ölkə arasında olan bu münaqişənin həlli istiqamətində tərəfləri dinləmək üçün təşrif buyurub. Amma C.Boltonun fikirləri inandırıcı deyil. Çünki Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və Ermənistanın onu işğqal etməsi haqqında BMT-nin 4 qətnaməsi var. C.Bolton və ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında sülhün yaranmasını istəyirsə, dərhal torpaqlarımızın azad olunması istiqamətində əməli işə başlamalıdır. Düşünürəm ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin bu cür açıqlamaları onun da həmsədr dövlətlərlə eyni mövqe tutduğunu göstərir.
Xarici dövlət rəsmilərinin bu kimi açıqlamaları bizi qane edə bilməz. Bəlkə, C.Bolton İrəvan səfərində qarşı tərəfi dinlədikdən sonra onda bu məsələ haqqında konkret fikir formalaşar.
C.Bolton yaxşı bilir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Dağlıq Qarabağın münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qətnamələr və ərazi bötövlüyümüzü dəstəkləyən çoxsaylı dövlətlər var. Düşünürəm ki, bu kimi faktorlar istər C.Bolton, istərsə də digərləri üçün yetərli sübutdur. Və Azərbaycan heç bir dövlətin torpağını işğal etməyib, sadəcə ölkəmiz tapdaq altında olan ərazimizin azad olunmasını tələb edir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə