N.Miri diqqətə çatdırıb ki, iki ölkənin liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin və iqtisadi, mədəni, siyasi, ticarət əlaqələrinin müzakirəsi də ciddi əhəmiyyət kəsb edir:
"Bu iki qardaş ölkə liderlərinin qarşılıqlı səfərləri dünyaya ciddi bir mesajdır"
16:36 10.07.2018
Arxiv
836
“Artıq bütün dünya dövlətləri, beynəlxalq güclər bilirlər ki, Türkiyə hardadırsa, Azərbaycan da onun yanındadır. İki qardaş ölkənin bütün məsələlərdə bir yerdə olması hər ikisinin təhlükəsizliyi baxımından da əhəmi
N.Miri diqqətə çatdırıb ki, iki ölkənin liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin və iqtisadi, mədəni, siyasi, ticarət əlaqələrinin müzakirəsi də ciddi əhəmiyyət kəsb edir:
"Prezident seçkilərindən sonra iki qardaş ölkənin yenidən seçilən prezidentlərinin qarşılıqlı səfərlər təşkil etməsi artıq müsbət ənənəyə çevrilib”.
Bunu "Sherg.az”a Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk səfərini Azərbaycana reallaşdırmasını şərh edərkən politoloq Natiq Miri söyləyib.
O deyib ki, bu qarşılıqlı səfərlərin təkrar olunması artıq dünyaya ciddi mesajdır:
"Artıq bütün dünya dövlətləri, beynəlxalq güclər bilirlər ki, Türkiyə hardadırsa, Azərbaycan da onun yanındadır. İki qardaş ölkənin bütün məsələlərdə bir yerdə olması hər ikisinin təhlükəsizliyi baxımından da əhəmiyyətlidir.
Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq güclənmiş, regionda həlledici güc mərkəzlərindən birinə çevrilən qüdrətli bir qardaş ölkə mövcuddur. Türkiyənin qüdrətli, güclü olması bütün müsəlman dünyanın güclü olması deməkdir. Çünki qardaş ölkə bütün müsəlman dünyasının himayəçisinə çevrilib. O cümlədən güclü Türkiyənin Ərdoğan kimi güclü liderinin olması yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirini göstərəcək. Rəcəb Tayyib Ərdoğanın seçki platformasında prioritet məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Bu məsələnin qoyuluşu, Türkiyənin xarici siyasətində ön sırada durması bizim üçün çox əhəmiyyətlidir”.
N.Miri diqqətə çatdırıb ki, iki ölkənin liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin və iqtisadi, mədəni, siyasi, ticarət əlaqələrinin müzakirəsi də ciddi əhəmiyyət kəsb edir:"Xüsusilə Azərbaycan üçün əhəmiyyət daşıyan digər bir məsələ isə gələcəkdə iki dövlət arasında strateji hərbi sazişin imzalanması barədə müzakirələrdir. Düşünürəm, artıq bu məsələni hərəkətə keçirmək, sazişi imzalamaq üçün əlverişli şərait yaranıb”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün baş tutan inauqurasiya mərasimindən sonra ilk səfərini bu gün Azərbaycana etdi. Türkiyə prezidenti səfər öncəsi jurnalistlərə açıqlamasında söyləyib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın güclənərək davam edəcəyinə inanır:
"Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region