“Bu layihələrə xülya deyənlər yanıldılar” – YAP-çı deputat





"Əsrin müqaviləsinin müddətinin uzadılması və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsi müstəqillik tariximizdəki mühüm addımlardandır. Əsrin müqaviləsi imzalananda bir çoxları, bu gün prezidentliyə iddialı olanlar onu xülya adlandırırdı. Lakin tarix sübut etdi ki, o insanların fikirləri xülyadır”.

Sherg.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Siyavuş Novruzov parlamentin iclasında neft kontraktının yenilənməsi və Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşmasından danışarkən deyib. 

Deputat deyib ki, Əsrin müqaviləsinin iqtisadi baxımdan səmərəsiz olduğunu deyənlər arasında bu gün parlamentdə olanlar da da var: 

"Hesab edirəm ki, bu, çox müsbət haldır. Gələcəkdə də digərləri bu müqavilənin əhəmiyyətini dərk edəcəklər. Əsrin müqaviləsindən əldə olunan gəlir nəticəsində məktəblər, zavodlar, diaqnostik mərkəzlər tikilib. Azərbaycan prezidentinin attdığı hər addım xalqımızın mənafeyinə hesablanıb. Azərbaycan dünyada öz sözünə əməl edən, dövlət başçısı sözünün üstündə duran prezident kimi qəbul olunur və dəstəklənir. Bu gün də quruculuq abadlıq işlərinə xüsus önəm verilir. Azərbaycanda 3 mindən artıq məktəb, zavod, fabrik, yollar, körpülər tikilib, qurulub. Bütün bunlar həmin müqavilələrin sayəsində əldə olunan maliyyə hesabına başa gəlib”.
Anar