Bu sahədə işləyənlərin maaşları artırıla bilər - TƏKLİF
10:12 08.11.2017
Arxiv
500
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib. APA-nın xəbərinə görə, komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.
Deputat Elmira Axundova isə Azərbaycanda çox peşəkar həkim ordusunun olduğunu qeyd edib, onların maaşlarının az olduğuna diqqət çəkib: "Biz gənclər tibb sahəsində xaricdə, xüsusilə Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bu, artıq kütləvi hal alıb. Çünki onlar gəlib burada az maaşa çalışmaq istəmirlər. Poliklinikada tibb bacısı 110-120 manat maaş alır. Savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Nəticədə də ələbaxımlıq, digər mənfi hallar yaşanır. Belə halları aradan qaldırmaq üçün də həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır".
Deputat anadangəlmə fiziki qüsurlu şəxslərin də müavinətinin az olduğunu bildirərək qeyd edib ki, gələn il Maliyyə Nazirliyi buna da diqqət etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət