"...Çətin olacaq !"
16:45 03.11.2017
Arxiv
740
"Bunu çətin edən İnsanların meyitdən orqan köçürülməsinə icazə verməməsidir. Bu məsələlər psixoloji həllini tapana qədər zaman lazımdır. İcbari tibbi sığorta yetərli deyil, orqan bankı yaratmaq olar"
"Meyitdən orqan köçürülməsinin Azərbaycanda reallaşdırılması uzun müddət çətin olacaq”.
Bunu "Sherg.az”a gələcəkdə meyitdən orqan köçürülməsi ilə bağlı müvafiq klinikaların yaradılmasının mümkünlüyündən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, bunun səbəbi insanların meyitdən orqan köçürülməsinə icazə verməməsidir:
"Bu məsələlər psixoloji həllini tapana qədər zaman lazımdır. Sözsüz ki, bütün orqanlar meyitdən götürülə bilməz. Bu məsələni tənzimləmək üçün icbari tibbi sığorta yetərli deyil. Orqan bankı yaratmaq olar. Bunun üçün qanun, sistem müəyyən olunmalı, şəbəkə yaradılmalıdır.
İcbari tibbi sığorta isə daha çox əhalinin sosial müdafiəsinə hesablanmış xidmət növüdür. Ən azından insanların müəyyən tibbi xidmətlərdən, təxirəsalınmaz yardımdan, doğuşdan və s. azad olunması üsuludur. Bu, vacib addımdır. İcbari tibbi sığortanın optimal həyata keçirilməsi üçün ayrılan vəsaitin rasional yönəldilməsi çox vacibdir. İcbari tibbi sığortadan vətəndaşın xeyir götürməsi bu işin düzgün qurulmasından birbaşa asılıdır. Ola bilər ki, nisbətən az vəsaitlə bu iş daha uğurlu qurulsun. Yaxud, əksinə çox vəsaitlə o qədər uğurlu olmaya da bilər. Ona görə, bu sahədə lazımi mütəxəssislərlə məsləhətləşmək, müxtəlif praktikalardan istifadə etmək lazımdır. Bu, həll edildikdən sonra donor haqqında qanun, meyitdən orqan köçürülməsi və s. məsələlər yerinə oturacaq”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda meyitdən orqan köçürülməsinin mümkünlüyündən danışıb. Deputat bildirib ki, ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra bu daha sürətlə baş verə bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət